"Deyirlər ki, nənəsən, artıq hind rəqsinə son qoy"
"Evdə deyirlər ki, artıq nənəsən, hind rəqslərinə son qoy. Rəsqi sevirəm, iç dünyam budur".
Bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Şans oyunu" proqramında qonaq olarkən deyib. Sənətçi ailədə ona rəqslə bağlı qadağa qoyulduğunu söyləyib:
"Rəqs mənim iç dünyamdır. Tək hind rəqsi oynamıram. Milli rəqslər başımın tacıdır. Hindistanlı deyiləm, onlar kimi də oynaya bilmərəm. Amma onların mədəniyyətini, musiqisini, zənginliyini və təbiətini sevirəm, çox gözəldir".