"Şuşada Cıdır düzündə çıxış edən ifaçıların 70 faizinin ora aidiyyəti yoxdur..."

31-12-2020, 13:26 188 dəfə baxılıb

"Şuşada Cıdır düzündə çıxış edən ifaçıların 70 faizinin ora aidiyyəti yoxdur".

Bu sözləri Əməkdar artist, müğənni Zöhrə Abdullayeva sosial şəbəkədə qeyd edib. Əslən Şuşadan olan müğənni Şuşada keçirilən konsertə dəvət edilməməsindən şikayətlənib:

"28 il Şuşa həsrəti ilə yaşayan şuşalı müğənnilər dəvət edilmədi. Siyahını görəsən kimlər yazır? Bir-iki müğənninin də ağbirçəklik etdiyini gördük".

Xatırladaq ki, bir müddət bundan əvvəl bir sıra müğənni və tanınmışların Şuşaya səfəri təşkil edilib. Şuşaya gedən Xalq artistləri Nəzakət Teymurova, Aygün Kazımova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Təyyar Bayramov, Almaz Orucova və digərləri konsert proqramı ilə çıxış ediblər.

Musavat.com


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR