Erməni qızlarının Şuşanın Cıdır düzündə moda nümayişi (VİDEO, FOTO)

31-08-2015, 10:34 1195 dəfə baxılıb

Erməni qızlarının Şuşanın Cıdır düzündə moda nümayişi (VİDEO, FOTO)

















Sterliqovun həyat yoldaşı Alyona Azərbaycanın işğal altında olan ərazilərində öz geyimlərini nümayiş etdirib

Rusiyalı iş adamı, fermer German Sterliqovun həyat yoldaşı Ermənistanın işğal etdiyiAzərbaycan torpaqlarında - Şuşanın Cıdır düzündə moda nümayişi təşkil edib.

ANS PRESS-in məlumatına görə, Alyona Sterliqova bu haqda Rusiya mətbuatına özü danışıb. Moda nümayişi dünən - avqustun 29-da keçirilib. Alyona Sterliqova pambıq və ipək parçalardan hazırlanmış donları nümayiş etdirib.

Fermerin həyat yoldaşı bildirib ki, geyimləri Ermənistan pulu ilə 60-120 min dram (təxminən 124-248 ABŞ dolları) arası qiymətə satmaq niyyətindədir.

Erməni qızların Alyona Sterliqovanın paltarları ilə Şuşada çəkdirdiyi şəkillər

Alyona Sterliqovanın Şuşada gördüyü işlər haqqında German Sterliqov özünün vkontakte sosial şəbəkəsindəki səhifəsində də kifayət qədər video görüntülər, şəkillər, xəbərlər paylaşıb.

Alyona Sterliqovanın Şuşada təşkil etdiyi nümayişdən video görüntü

Erməni qızlarının Şuşanın Cıdır düzündə moda nümayişi (VİDEO, FOTO)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR