Əməkdar artist efirdə keçmiş ərini BİABIR ETDİ: - "Anamın sayəsində kişi olub"

22-02-2021, 17:40 196 dəfə baxılıb

Əməkdar artist Gövhər Rzayeva keçmiş həyat yoldaşı barədə danışıb.

Lent.az-ın məlumatına görə, qarmon ifaçısı "Onun sirri” verilişində deyib:

"Bunun evinə getdim. O başqa dünyanın insanı, mən də başqa dünyanın insanı idik. Bizə vaxt lazım idi ki, bir-birimizi tanıyaq. Mən də pul qazanan qız idim. Hər gün evimizdə dava idi. Bu da işləyirdi. Məni alandan sonra işə də getmədi. Dedim, heç nə olmaz, ailəyik də...

İndi o mənə efirdən baxır, deyəcək ki, məni yenə biabır edir. Onun əlindən boğaza yığılmışam. Mən işə gedirəm, evə pulla gəlirəm. Bəs sən nəylə gəlirsən? Məni heç kim qınamasın. 28 il onunla yaşamışam. Hər zaman ona deyirəm ki, anamın sayəsində kişi olmusan. Yoxsa, mən səndə bir gün qalmazdım. Toyumdan bir həftə sonra anama dedim ki, bu məni incidir. Anam dedi ki, ayrılsan, deyəcəklər, qızda nəsə var idi. Ona görə də ayrılma”.




 


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR