"Xalqın hesabına pullanıb, sonra qudurursunuz" - Əməkdar artist

3-10-2016, 11:33 835 dəfə baxılıb

"Xalqın hesabına pullanıb, sonra qudurursunuz" - Əməkdar artist











Əməkdar artist Zöhrə Abdullayeva müğənnilərin narazılığına səbəb olacaq açıqlama verib. İfaçı yerli müğənniləri tamaşaçıya hörmət etmənməkdə günahlandırıb.

O, gənc müğənnilərin pullandıqdan sonra çaşdıqlarını dilə gətirib: "Xalqın gücü, sərvəti hesabına kasıbçılıqdan gəlib pullanırsınız, sonra da qudurursunuz. Əgər el səni qəbul etməsə, istəyirsən dombalaq aş, yarıçılpaq ol fərq etməz. Səni yenə də el qəbul etməyəcək. Əgər bu sözümə görə mənə nifrət edəcəklərsə, etsinlər. Bəyənmədiyim adamların mənə sevgisi də lazım deyil".

Qeyd edək ki, Z.Abdullayeva bu sözləri "10-dan sonra" verilişində bildirib.(big.az)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR