Rozanın oğlu toyuna hazırlaşırdı - NİŞANI QAYITDI- SƏBƏB

5-07-2021, 18:26 162 dəfə baxılıb

Rozanın oğlu toyuna hazırlaşırdı - NİŞANI QAYITDI- SƏBƏBMüğənni Roza Zərgərlinin oğlu Corc Qafarov nişanını qaytarıb.

İfaçının oğlu bu barədə "Zaurla Günaydın" verilişində bildirib:

 

"Ayrıldım. Qız mənə seçim qoymuşdu: ya anan, ya da mən. O qızdan hər dəfə ayrılırdım. Amma elə oyunlar qururdu ki, barışırdım. Bu oyunların arxasında başqa adamlar dayanırdı".

Qeyd edək ki, R.Zərgərli Lent.az-a açıqlamasında oğlunu evləndirməyə hazırlaşdığını demişdi:

"Demişdim ki, öncə övladımın verdiyi qərarla tanış olaram, sonra özüm qərar verərəm. Oğlumun da seçimi elə gözəl olub ki... Mən də o seçimlə razı oldum. Əsgərliyi yeni bitirib. Öz işini qurur, evinin təmiri ilə məşğuldur. Mənə deyir ki, ailə qurub, xanımımı sənin evinə niyə gətirim? Deyir ki, ailə qururamsa, öz ayağım üstündə durmağı bacarmalıyam. Məndən olsaydı, artıq bu il evliydi".



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR