Turabinin də ABŞ-dəki evi yanıb kül oldu

11-01-2025, 07:40 26 dəfə baxılıb

Turabinin də ABŞ-dəki evi yanıb kül oldu


Xəbər verdiyimiz kimi, ABŞ-nin Kaliforniya ştatında güclü meşə yanğınları davam edir.

Bu yanğınlarda “Survivor” yarışması ilə tanınan Turabi Camkıran da zərər gördüyünü açıqlayıb.

Belə ki, o, sosial şəbəkə hesabında Los-Ancelesdəki evinin və avtomobilinin yandığını deyib:

“Evim və maşınım yanıb. Hər şey kül oldu.Telefonum, bel çantam və qeyri-sağlam bədənimdən başqa heç nəyim qalmadı. Yenə sıfırdan başlayacağam”.

Qeyd edək ki, Los-Ancelesdəki yanğınlarda Billi Kristal, Mendi Mur və Peris Hilton da daxil olmaqla bir çox məşhurların ​​evləri yanıb.

Xatırladaq ki, Turabi iki dəfə - 2014 və 2015-ci illərdə “Survivor” yarışmasının qalibi olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR