Daha bir jurnalist döyülməkdən canını zorla qurtardı

10-08-2015, 14:16 934 dəfə baxılıb

Daha bir jurnalist döyülməkdən canını zorla qurtardı

















Derbi.az-ın əməkdaşı İlkin Sultanlı "Neftçi"nin könüllülərinin xoşagəlməz rəftarı ilə üzləşib

Dünən daha bir idman jurnalisti döyülməkdən yaxasını güclə qurtarıb. JAM.AZ xəbər verir ki, «Neftçi»-«Kəpəz» oyunundan sonra futbolçularla görüşərək, onlardan açıqlama almaq istəyən Derbi.az-ın əməkdaşı İlkin Sultanlı «Flaqman»ın könüllülərinin xoşagəlməz hərəkətləri ilə üzləşib.

Bu barədə redaksiyamıza danışan Sultanlı bildirib ki, «Neftçi»də oyunlar zamanı azarkeş və qonaqların hərəkətində problem yaranmasın deyə könüllülərin xidmətindən istifadə edili. O qeyd edib ki, dünənki qarşılaşma bitdikdən sonra digər həmkarları kimi mətbuat konfransında iştirak edib. «Daha sonra futbolçulardan açıqlama və ya müsahibə almaq üçün "mix zona"ya yaxınlaşdım. Lakin təhlükəsizlik əməkdaşları həmin yerə daxil olmağıma icazə vermədilər. Mən də məcbur olub qapının ağzında durub futbolçuları gözlədim. Futbolçular çıxan kimi könüllülər onların ətrafına yığışır, şəkillər çəkdirirlər. "Neftçi"nin yarımmüdafiəçisi Kaueyə yaxınlaşıb müsahibə almaq istədiyimi bildirəndə könüllü olaraq "Neftçi"də çalışan iki şəxs əlimdən tutub «buradan uzaqlaşın» dedilər. Onlara jurnalist olduğumu bildirdim. «Nə olsun burada dayanmayın» deyib qolumdan dartdılar».

Derbi.az-ın əməkdaşın sözlərinə görə, bu zaman istifadə etdiyi telefon əlindən düşərək, hissələrə ayrılıb. «"Neftçi"nin əməkdaşlarından biri onların üstünə qışqırdı ki, jurnalistdir, müsahibə almalıdır. Naəlac telefonumum hissələrini yığdım və "Neftçi" rəsmilərindən Rüstəm Fətəliyevə yaxınlaşdım. Ona "Bu könüllüri kimlər seçib? Onları işə götürəndə jurnalistlərlə necə davranmalı olduğunu başa salmamısınızmı" deyə sual verdim. Rüstəm bəy cavabında mənə "adınız necə oldu?" deyə sual ünvanladı. Özünü təqdim edəndə sonra, klub rəsmisi mənə "xahiş edirəm, şikayətinizi mail ünvanımıza göndərin" dedi. Rüstəm bəyə "bəlkə yazılı olaraq ərizə göndərim? Onda ciddiyə alarsınız" deyə cavab verib, jurnalistlə belə "xoş" rəftara görə təşəkkür edib, hadisə yerindən uzaqlaşdım».

İlkin Sultanlı deyir ki, soz zamanlar "Flaqman"da yaşananlardan baş açmaq olmur. «Klubun adı tez-tez qalmaqallarda hallanır. Bu hadisələr deyəsən, klub işçilərinin insani davranış qaydalarına da təsir edir. Yoxsa, inanıram ki, heç vaxt klub rəsmisi icazə verməzdi ki, hansısa könüllü jurnalistə toxunsun, əl-qol atsın».

Derbi.az-ın əməkdaşı"Neftçi"nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin də ünvanına tənqidi fikirlər səsləndirib. O bildirib ki, Gündüz İsmayılzadə də ANS Tv-də aparıcı-muxbir işləyəndə ona qarşı belə hərəkət edilməsinə göz yummazdı. «Bəlkə də vəzifə cənab Abbaszadənin hərəkətlərini və xasiyyətini çox dəyişib. Gündüz Abbaszadə çox dəyişilib ki, onunla çiyin-çiyinə çalışan Rüstəm bəy jurnalistdə rahat şəkildə "şikayətinizi mail ünvanımıza göndərin" deyə bilir».


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR