"Ağ xalatda olanları döyün": Həkimlər təcili yardımda işləmək istəmirlər

7-09-2018, 18:19 489 dəfə baxılıb

"Ağ xalatda olanları döyün": Həkimlər təcili yardımda işləmək istəmirlər


Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından mütəxəssis axını müşahidə edilir.

Stansiyanın baş həkimi Rauf Nağıyevin dediyinə görə, bunun səbəbi həkimlər briqadasının daim hücuma məruz qalmasıdır.

Nağıyev bildirib ki, həftədə orta hesabla 2-3 təcili yardım briqadasına hücum olur. Bununla bağlı olaraq, öz həyatına təhlükə olduğunu görən həkimlərin çoxu stansiyaya işləməyə candərdi gedir.

Təcili yardım briqadalarının heyəti əsasən orta yaşlı qadınlardan ibarətdir. Amma onların arasında cavanlar və pensiya yaşına çatmış şəxslər də var.

"Bu yaxınlarda yaşlı adam öldüyünə görə, həkimi döymüşdülər. Qohumları xəstəni vaxtında həkimə göstərmək və profilaktik tədbirlər görmək əvəzinə, iş işdən keçəndən sonra təcili yardım çağırmışdı. Həmin vaxt kişinin vəziyyəti çox ağırlaşıb və o, ölüb. Qohumları pasiyent öldüyünə görə, həkimi döymüşdülər" - deyə Nağıyev bildirib.

Baş həkim deyib ki, bununla əlaqədar olaraq, adamlar təcili yardımda işləmək istəmirlər. Bir sıra yaşca daha böyük əməkdaşlar özləri təcili yardımdan çıxırlar və izah edirlər ki, artıq döyülməkdən və təhqirlərdən beziblər. Baxmayaraq ki, hər bir belə halla bağlı stansiyanın rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edir və günahkarlar cəzalandırılır, bu, elə də əhəmiyyət kəsb eləmir. Çünki zərərçəkmiş tibb işçisi fiziki və psixoloji travma alır. Bu isə həkim işi ilə uyğun gəlmir.

"Bəzən əsassız çağırışlar da olur. Zəng edərək təcili yardım briqadasını çağırırlar ki, gəlib təzyiqimi ölçün və iynə vurun. İmtina etmək də olmur" - deyə baş həkim bildirib.

Nağıyevin sözlərinə görə, təcili yardım çağırışlarının 60%-i əsassızdır. Sutka ərzində stansiyaya 2,7 min müraciət edilir. İlin başlanğıcından indiyədək təcili yardım həkimləri Bakıda 427 700 ünvana gediblər. Bu işi 138 briqada həyata keçirir.

Bütün bunlara görə, təcili yardımın bir sıra həkimləri bir ildən sonra öz arzuları ilə stansiyada işləməkdən imtina edirlər. Buna baxmayaraq, baş həkimin sözlərinə görə, həkimlərin orta aylıq əməkhaqqı 300 manat təşkil edir. Təcili yardım həkimlərinin maaşı sonuncu dəfə 2007-ci ildə qaldırılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR