"Mənə yeddi ay vaxt qoydular" - Məşhur stil ikonası ölümcül xəstəlikdən danışdı

3-12-2019, 15:05 307 dəfə baxılıb

"Mənə yeddi ay vaxt qoydular" - Məşhur stil ikonası ölümcül xəstəlikdən danışdı


34 yaşlı 3 uşaq anası, tanınmış stil ikonası Miroslava Duma ağır xəstəliklə mübarizə aparır.

Rusiya mətbuatı xəbər verir ki, moda şərhçisi xəstəliyi ilə bağlı pərəstişkarlarına məlumat verib. O, sosial şəbəkədə etiraf edib ki, həkimlər ona yeddi ay vaxt qoyub və xəstəlik immunitet sistemi ilə əlaqədardır.

Miroslava Duma ilin əvvəlində ona dəhşətli diaqnoz - nadir ağciyər xəstəliyi qoyulduğunu bildirib. Onun sözlərinə görə, bütün həyatı sonsuz bir marafon və yarış içində keçib:

"Mənə yeddi ay vaxt verildi. Bu, dəhşətli idi, amma geriyə baxaraq başa düşürəm ki, son aylar bəlkə də həyatımdakı ən xoşbəxt günlərim olub. Həyatı nə qədər sevdiyimi, dünyanın nə qədər gözəl olduğunu və burada qalmaq istədiyimi başa düşdüm. Sevdiyim insanlarla... Həyatımda ilk dəfə mavi səmanın nə qədər parlaq olduğunu anladım. Və ağacların gözəl yaşıllığı... Sanki başqa bir planetdə yaşayırdım. Yalnız bir gün burada yaşaya bildiyim üçün xoşbəxt oluram. Daha çox şey tələb etmədən və daha sürətli qaçmağa çalışmadan".

Duma qeyd edib ki, özünü sevməyi öyrənmədən cəmiyyətin təsdiqini istəyib:

"İllərlə özünü tənqid, şübhə, stress, pəhriz, fiziki, zehni və emosional təzyiq immunitet sistemimin zəifləməsinə səbəb oldu. Son dərəcə xəstə oldum. Ancaq bu gün mənim üçün müvəffəqiyyət artıq xarici göstəricilərlə deyil, daxili duyğular, öz sağlamlığım və sevdiyim insanların sağlamlığı ilə ölçülür”.

Stil ikonası on ildən çoxdur ki, iş adamı Aleksey Mixeyevlə ailəlidir. Cütlüyün bu nikahından 3 övladı var. Miroslava Duma ilk dəfə Skot Şumanın məşhur bloqunda bir model kimi göründükdən sonra moda tendensiyalarının pərəstişkarları arasında məşhur olub. Miroslava mütəmadi olaraq qlobal moda sənayesini yaradanların siyahısına daxil edilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR