Azərbaycan Türkiyə ilə İsraili barışdırır - AÇIQLAMA

25-12-2020, 10:13 159 dəfə baxılıb

Türkiyə ilə İsrail arasında diplomatik əlaqələrin yenidən bərpa edilməsi üçün Azərbaycan vasitəçi olub.
Azvision.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, Türkiyə ilə İsrail arasında diplomatik əlaqələr mart ayının sonundan etibarən normallaşa və səfirlər təyin edilə bilər. Azərbaycan rəhbərliyi iki ölkə arasında münasibətlərin normallaşması üçün vasitəçi olub.

Tərəflərin diplomat təmasların bərpasına müsbət yanaşdığı bildirilir. Hazırda bu istiqamətdə danışıqların davam etdiyi qeyd olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR