Ermənilər müharibənin yenidən başlayacağından qorxur: - Yüz minlərlə insan ölkədən qaçacaq

4-12-2020, 09:26 150 dəfə baxılıb

“Ermənistan cəmiyyətində müharibənin yenidən başlayacağı qorxusu var”.

Cebhe.info xəbər verir ki, bunu sosioloq Samvel Manukyan erməni mətbuatına açıqlamasında deyib. O bildirib ki, üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanla sərhəddəki ərazilərdə yaşayan sakinlərdə gərginlik özünü göstərir.

Ekspertin fikrincə, ölkədəki hərbi-siyasi vəziyyət, yeni müharibə qorxusu və iqtisadi-sosial problemlər köç dalğasını sürətləndirəcək: "Böyük əksəriyyət Rusiyaya gedəcək. Statistikaya görə, Ermənistandakı ailələrin 20 faizində məhz bu ölkədə çalışan üzv var. İkinci tərəfdən, 90-cı illərdə Rusiyaya gedənlər artıq orda yerləşib və öz ailə üzvlərini də yanlarına apara bilərlər".

Sosioloq vəziyyəti 90-cı illərlə müayisə edib. Belə ki, həmin dövrdə, yəni Birinci Qarabağ Müharibəsində 230 min erməni ölkəni tərk edib. Ancaq rəsmi rəqəmlərin sayı daha əskik göstərdiyi bildirilir: "Əgər sərhədlər açılarsa və vəziyyət yaxşılığa doğru dəyişməzsə, Ermənistanı azı 150 min nəfər tərk edəcək. Ancaq qlobal və regional vəziyyətdən asılı olaraq bu rəqəm dəyişə də bilər”.

Sosioloqun fikrincə, erməni cəmiyyətindəki müharibə qorxusunu azaltmaq üçün ölkədə daha 1 və ya 2 Rusiya hərbi bazası yerləşdirilməlidir: “Beləliklə, insalar özlərini daha təhlükəsiz hiss edəcəklər. Ancaq bu da sosial-iqtisadi problemlərin həlli deyil. Böyük pullar olmadan iqtisadi inkişafa nail olmaq mümkün olmayacaq. Ancaq qeyri-stabil ölkəyə böyük pullar gəlmir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR