Benzema Fransa yığmasından kənarlaşdırıldı

11-12-2015, 10:50 727 dəfə baxılıb

Benzema Fransa yığmasından kənarlaşdırıldı

















“Mən hər şeyin qaydasına düşəcəyinə ümidimi itirmirəm”

Madrid “Real”ının hücumçusu Kərim Benzema Fransa yığmasının tərkibindən çıxarılıb, qərar ölkənin Futbol Federasiyası (FFF) tərəfindən qəbul edilib.

azinfo.tv Reuters-ə istinadən xəbər verir ki, bu barədə FFF-nın rəhbəri Noel Le Qrae bildirib.

“Mən Benzemanın yığmaya çağırılmamasını qərara almışam. Qərarım barədə yığmanın baş məşqçisi Didye Deşama bildirmişəm. O, qərar ilə razılaşdı.

Əgər vəziyyət dəyişməzsə Kərim Avropa 2016-nın ev çempionatında iştirak etməyəcək. Amma mən hər şeyin qaydasına düşəcəyinə ümidimi itirmirəm”, - FFF rəhbəri Noel Le Qrae bildirib.

Xatırladaq ki, Benzemaya qarşı noyabrın 5-də şantajda iştirak etməyə dair ittiham irəli sürülüb.

İstintaqın versiyasına görə, o, “Lion”un yarımmüdafiəçisi Balbuyendən mükafat istəyib, əks təqdirdə isə onun intim xarakterli videosunu yayacağını bildirib.

Futbolçunun günahı sübut edildiyi təqdirdə o, beş il müddətinə azadlıqdan məhrum edilə bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR