Qazaxıstanda uşaqbazları axtalamağı təklif etdilər

11-08-2015, 14:24 902 dəfə baxılıb

Qazaxıstanda uşaqbazları axtalamağı təklif etdilər


















Respublikada uşaqlara qarşı zorakılıq cinayətləri artıb

Qazaxıstanın baş prokurorluğunda preventiv tədbirlər qismində uşaqbazları axtalamağı təklif ediblər.

azinfo.tv xəbər verir ki, idarənin saytında bu məsələyə dair məqalə yerləşdirilib.

“Bu cinayətləri törədənlərin psixikasında patologiyaların olub-olmamasını üzə çıxarmaq üçün psixoloq-psixiatrik ekspertizadan keçirmək qərarlaşdırılıb. Axtalamanın tətbiqini preventiv tədbir kimi nəzərdən keçirmək qərara alınıb”, - baş prokurorluğun ikinci departamentinin baş prokuroru Leyla Asanbayeva tərəfindən yazılmış materialda deyilir. İdarədə həmçinin uşaqbazların internetdə axtarılması metodunun hazırlanmasının da labüdlüyündən əmindirlər.

Qazaxıstanda uşaqbazlığa qarşı cəzanın sərtləşməsinə səbəb azyaşlılara qarşı törədilən zorakılıq cinayətlərinin artmasıdır. Güc strukturlarının məlumatına əsasən, dörd il ərzində bu cinayətlərin sayı iki dəfə artıb, 2014-cü ildə 943 belə cinayət törədilib.

Keçən ilin iyun ayında Böyük Britaniya vətəndaşı Piter Barox Qazaxıstanda səkkiz il müddətinə azadlıqdan məhrum edilib, o, qızları yoldan çıxararaq onların iştirakı ilə pornoqrafik materiallar çəkdiyi üçün ittiham edilib. Bu hadisə respublikada geniş ictimai rezonans doğurdu. Mənbə bildirib ki, o zaman Barox barədə altı şikayət ərizəsi (üçü Uralskdan, üçü isə Atıraudan-keçmiş Quryev) daxil olmuşdu. Polisə xarici vətəndaşın əlaqədə olduğu ehtimal edilən qızların valideynləri şikayət etmişdi.

2013-cü ilin yanvar ayının 30-da qərbi Qazaxıstan vilayətində məhkəmə bir neçə il ərzində 5 və 12 yaşlı iki qızı zorlayan uşaqbaza uzun müddətə azadlıqdan məhrum etmə cəzası verdi. Kişi ciddi rejimli koloniyada cəzasını çəkmək şərtilə 17 il müddətinə azadlıqdan məhrum edilib. İşin materiallarına əsasən uşaqbaz uzun müddət cəzasız qalmışdı, belə ki, o qızları əgər valideynlərinə danışarlarsa öldürəcəyi ilə hədələmişdi. Hər şey uşaqlardan biri hamilə qaldıqdan sonra üzə çıxmışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR