Rəsmən 59 oldular - SİYAHI

11-05-2020, 13:46 259 dəfə baxılıb

Rəsmən 59 oldular - SİYAHI

Azərbaycanda son zamanlar bir neçə siyasi partiyanın qeydiyyata alınması çoxpartiyalı sistemin inkişafı yönündə addım kimi dəyərləndirilir.

4 yeni siyasi partiyanın qeydiyyatı, Ədliyyə Nazirliyində onların sədrləri ilə keçirilən görüşlər bu istiqamətdə fəaliyyətin davam edəcəyini söyləməyə imkan yaradıb.

Maraqlıdır, hazırda Azərbaycanda rəsmən qeydiyyata alınmış neçə partiya var?

Ədliyyə Nazirliyinin mətbuat katibi Rasim Həsənov Cebhe.info-nun sorğusuna cavab olaraq deyib ki, hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 59 siyasi partiya var. Qurum rəsmisi qeyd edib ki, daha əvvəl siyasi partiyaların sayı 55 idi, 4 yeni partiyanın qeydə alınması ilə say 59-a çatıb.

Cebhe.info Azərbaycanın siyasi cameəsində rəsmən fəaliyyət göstərən siyasi partiyaların siyahısını təqdim edir. Siyahıda partiyaların qeydiyyat tarixi də əksini tapıb.

1. Azərbaycan Milli İstiqlal Partiyası- 17.07.1992
2. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası - 24.07.1992
3. Azərbaycan Xalq Demokratik Partiyası - 11.08.1992
4. “Ana Vətən” Partiyası - 11.08.1992
5. Milli Demokrat İdrak Partiyası - 11.08.1992
6. Azərbaycan Kəndli Partiyası - 23.09.1992
7. Vətəndaş Həmrəyliyi Partiyası - 03.11.1992
8. Müsavat Partiyası - 08.12.1992
9. “Birlik” Partiyası - 18.12.1992
10. Yeni Azərbaycan Partiyası - 18.12.1992
11. Vahid Azərbaycan Milli Birlik Partiyası - 13.01.1993
12. Vahid Azərbaycan Partiyası - 13.01.1993
13. Demokratik Azərbaycan Dünyası Partiyası - 10.02.1993
14. Müstəqil Azərbaycan Partiyası - 10.02.1993
15. Milli Qurtuluş Partiyası - 03.03.1993
16. Azərbaycan Yurddaş Partiyası - 12.03.1993
17. Azərbaycan Ümid Partiyası - 05.05.1993
18. “Qorqud” Partiyası - 10.11.1993
19. Azərbaycan Milli Hərəkat Partiyası - 02.03.1994
20. Azərbaycan Kommunist Partiyası - 02.03.1994
21.Azərbaycan Milli Dövlətçilik Partiyası - 12.10.1994
22. Azərbaycan Vətənpərvərlər Partiyası - 12.10.1994
23. Azərbaycan Demokratik Sahibkarlar Partiyası - 17.05.1994
24. Azərbaycan Naminə Alyans Partiyası - 22.06.1995
25. Azərbaycan Demokratik Maarifçilik Partiyası - 04.08.1995
26.Azərbaycan Sosial Rifah Partiyası - 04.08.1995
27. Azərbaycan Liberal Partiyası - 14.08.1995
28.Azərbaycan Sosial Demokrat Partiyası - 01.09.1995
29. Azərbaycan Xalq Cəbhəsi Partiyası - 01.09.1995
30. Azərbaycan Vahid Kommunist Partiyası - 19.09.1995
31. Sosial Ədalət Partiyası - 11.12.1998
32. Milli Konqres Partiyası - 11.12.1998
33. Vəhdət Partiyası - 11.12.1998
34. Azərbaycan Respublikaçılar Partiyası - 09.07.1999
35. Azərbaycan Xalq Partiyası - 09.07.1999
36. Azərbaycan Liberal Demokrat Partiyası - 09.07.1999
37. Azərbaycan Demokrat Partiyası - 03.02.2000
38. “Azərbaycan Mübarizləri” Partiyası - 27.05.2000
39. “Ədalət” Partiyası - 08.05.2002
40. “Milli Vəhdət” Partiyası - 08.05.2002
41. Müasir Musavat Partiyası - 08.05.2002
42. Azərbaycan Azad Respublikaçılar Partiyası - 08.05.2002
43. Böyük Quruluş Partiyası - 12.08.2005
44. Azadlıq Partiyası - 12.08.2005
45. Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası - 12.08.2005
46. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 12.08.2005
47. Azərbaycan Tərəqqi Partiyası - 12.08.2005
48.Böyük Azərbaycan Partiyası - 12.08.2005
49.Azərbaycan Təkamül Partiyası - 12.08.2005
50.Vətəndaş Birliyi Partiyası - 12.08.2005
51. Klassik Xalq Cəbhəsi Partiyası - 31.01.2007
52. Vətəndaş və İnkişaf Partiyası - 10.08.2007
53. Azərbaycan Milli Demokrat Partiyası - 24.12.2008
54. Aydınlar Partiyası - 19.11.2009
55. Milli Dirçəliş Hərəkatı Partiyası -31.05.2011
56. Azad Demokratlar Partiyası – 07.05.2020
57. Yeni Zaman Partiyası – 07.05.2020
58. Cümhuriyyət Xalq Partiyası- 07.05. 2020
59. Müstəqil Xalq Partiyası- 07.05.2020


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR