“Kəndli”, “Qorqud”, “İdrak” – Azərbaycanda qeydiyyatdan keçmiş partiyaların siyahısı
Artıq bir neçə gündür ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident Admnistrasiyasına dəvət olunur.
Yenisabah.az xəbər verir ki, bu partiyaların arasında müxalifəti təmsil edənlərlə yanaşı, hakimiyyətin siyasi xəttini dəstəkləyənlər də var. Lakin dəvət olunan partiyalar arasında elələri var ki, onları ümumiyyətlə siyasi seqmentdə tanıyan yoxdur.
Məsələn, “Qorqud”, yaxud “Azərbaycan mübarizləri” partiyaları. Bəs ümumiyyətlə, Azərbaycanda qeydiyyatdan keçmiş neçə siyasi partiya fəalyyət göstərir və onlar hansılardır? 2018-ci ilin statistikasına görə ölkədə 55 partiya qeydiyyatdan keçib. Bu partiyalar aşağıdakılardır:
1. Azərbaycan Milli İstiqlal Partiyası
2. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası
3. Azərbaycan Xalq Demokratik Partiyası
4. “Ana Vətən” Partiyası
5. Milli Demokrat İdrak Partiyası
6. Azərbaycan Kəndli Partiyası
7. Vətəndaş Həmrəyliyi Partiyası
8. Müsavat Partiyası
9. “Birlik” Partiyası
10. Yeni Azərbaycan Partiyası
11. Vahid Azərbaycan Milli Birlik Partiyası
12. Vahid Azərbaycan Partiyası
13. Demokratik Azərbaycan Dünyası Partiyası
14. Müstəqil Azərbaycan Partiyası
15. Milli Qurtuluş Partiyası
16. Azərbaycan Yurddaş Partiyası
17. Azərbaycan Ümid Partiyası
18. “Qorqud” Partiyası
19. Azərbaycan Milli Hərəkat Partiyası
20. Azərbaycan Kommunist Partiyası
21. Azərbaycan Milli Dövlətçilik Partiyası
22. Azərbaycan Vətənpərvərlər Partiyası
23. Azərbaycan Demokratik Sahibkarlar Partiyası
24. Azərbaycan Naminə Alyans Partiyası
25. Azərbaycan Demokratik Maarifçilik Partiyası
26. Azərbaycan Sosial Rifah Partiyası
27. Azərbaycan Liberal Partiyası
28. Azərbaycan Sosial Demokrat Partiyası
29. Azərbaycan Xalq Cəbhəsi Partiyası
30. Azərbaycan Vahid Kommunist Partiyası
31. Sosial Ədalət Partiyası
32. Milli Konqres Partiyası
33. Vəhdət Partiyası
34. Azərbaycan Respublikaçılar Partiyası
35. Azərbaycan Xalq Partiyası
36. Azərbaycan Liberal Demokrat Partiyası
37. Azərbaycan Demokrat Partiyası
38. “Azərbaycan Mübarizləri” Partiyası
39. “Ədalət” Partiyası
40. “Milli Vəhdət” Partiyası
41. Müasir Musavat Partiyası
42. Azərbaycan Azad Respublikaçılar Partiyası
43. Böyük Quruluş Partiyası
44. Azadlıq Partiyası
45. Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası
46. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
47. Azərbaycan Tərəqqi Partiyası
48. Böyük Azərbaycan Partiyası
49. Azərbaycan Təkamül Partiyası
50. Vətəndaş Birliyi Partiyası
51. Klassik Xalq Cəbhəsi Partiyası
52. Vətəndaş və İnkişaf Partiyası
53. Azərbaycan Milli Demokrat Partiyası
54. Aydınlar Partiyası
55. Milli Dirçəliş Hərəkatı Partiyası
2018-ci ildən bu yana hansısa siyasi partiyanın qeydiyyata alınması barədə hər hansı rəsmi məlumat yoxdur. Siyahıdakı partiyalardan isə AXCP qeydiyyat problemi yaşayır.