Partiyaların seçki hazırlığı: Hansı neçə namizədlə qatılacaq?

11-12-2019, 14:26 93 dəfə baxılıb

Partiyaların seçki hazırlığı: Hansı neçə namizədlə qatılacaq?

Növbədənkənar parlament seçkilərinin başladığını Mərkəzi Seçki Komissiyası (MSK) rəsmən elan edib.

Artıq seçkidə iştirak edəcək siyasi partiyalar da qərarlarını açıqlayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkidə iştirak edəcəyini elan edən ilk partiyadır.

ReAl Partiyasında seçkidə iştirak edəcəyini bəyan edib.

Ümid Partiyası da parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Ağ Partiya da növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Ağ Partiyanın sədri Tural Abbaslının açıqlamasına görə onlar seçkiyə 25 namizədlə qatılacaq.

Müsavat Partiyası da artıq seçki qərarını verib.Amma hələlik namizədlərin kimlər olacağı ilə bağlı məlumat açıqlanmayıb.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə partiyasının yekun qərarını 15 dekabrda açıqlayacağını bildirib.

Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu da seçkidə iştirakın tərəfdarıdır, amma hələlik namizəd olub-olmayacağı ilə bağlı yekun qərarını açıqlamayıb.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) da seçkilərə qatılacağını elan edib.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da seçkilərdə iştirak edəcəyini bildirən siyasətçilərdəndir.

Parlament partiyaları olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın da namizəd olacağı bəllidir.

Vilayət Muxtar
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR