Qarabağdakı rejim ermənilərin 0,5 milyon dollara yaxın kredit borcunu bağışladı?..

4-02-2019, 23:58 472 dəfə baxılıb

Qarabağdakı rejim ermənilərin 0,5 milyon dollara yaxın kredit borcunu bağışladı?..

Azərbaycanın 30 ilə yaxındır işğal altında qalan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Ağdərə, Xocavənd, Vəng kəndi və s. yaşayış məntəqələrində qanunsuz fəaliyyət göstərən bank və kredit təşkilatları 272 daimi fərdi müştərinin və 13 biznes-müştərinin borc və cərimələrini sıfırlayıb.



Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, bu haqda “Facebook” profilində qondarma rejimin “dövlət naziri” adlandırılan Qriqori Martirosyan ad-soyadlı adamabənzər məxluq məlumat verib. Seaparatçı məmurun sözlərinə görə, banklar və kredit təşkilatları göstərilən sayda müştərinin ümumilikdə 210 milyon 813 min dram( təxm. 450 min dollar) məbləğində borc və cəriməsini bağışlayıb. Q. Martirosyan qanunsuz maliyyə qurumları rəhbərlərinə minnətdarlığını bildirib, eyni zamanda “əhalini daha sosial məsuliyyətli olmağa çağırıb”...



P.S. Əgər doğrudan da belə bir şey baş veribsə, yəni separatçı rejimin nəzarətində olan qeyri-qanuni maliyyə qurumları işğal altındakı torpaqları zəbt etmiş ermənilərin yarım milyon dollara yaxın borcunu silibsə(sözsüz ki, bu rejim rəhbərliyinin və onu xaricdən idarə edənlərin icazəsi olmadan mümkün deyil), onlarda bu maliyyə arxayınlığı haradandır? Bəlkə “acından ölən” Ermənistandan? Yoxsa iqtisadi problemlər içində öz hayında qalan Rusiyadan?..


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR