Qarabağda “Avro-2019” çempionatının keçirilməsinə imkan verəcəyik?.

5-12-2018, 13:34 493 dəfə baxılıb

Qarabağda “Avro-2019” çempionatının keçirilməsinə imkan verəcəyik?.

“2019-cu ildə keçiriləcək ən əhəmiyyətli idman tədbiri Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasının (CONIFA) Qarabağda keçiriləcək Futbol üzrə Avropa Çempionatı olacaq”.
Moderator.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası ərazisində səsləndirən qondarma separatşçı-terrorçu rejimin “parlamenti” “daimi komitələri”nin birgə iclasında “təhsil, elm və idman naziri” hesab olunam Narine Ağabalyan ad-soyadlı məxluq olub.

Separatçı məmur bildirib ki, turnir 2019-cu il iyunun 1-dən 16-dək keçiriləcək.

O, ciddi hazırlıq işləri getdiyini bildirib:

"Tədbirin lazımi qaydada keçirilməsi üçün “hökumət komissiyası” yaradılıb. Hazırlıq işləri aparılır. Biz, həmçinin, sponsorlar da cəlb etməyi planlaşdırırıq. “CONİFA” ilə əməkdaşlıq işləri fəal şəkildə davam etdirilir. Qarabağda keçiriləcək “Avro -2019” çempionatı haqqında məlumat artıq həmin “beynəlxalq qurumun” rəsmi saytında yerləşdirilib. Bu, “Artsax”ın tanınması istiqamətində görülən tədbir kimi də vacibdir. Artıq 10-dan çox komanda iştirak üçün müraciət edib”.
“Yanvar ayında Qarabağa səfər edəcək komandaların sayı məlum olacaq. Hazırda “Stepanakert”(Xankəndi-S.L.), Əsgəran, “Mardakert”(Ağdərə-S.L.) və Çartar şəhərlərində dörd stadion təmir edilir " - deyə Ağabalyan çıxışını yekunlaşdırıb.
P.S. Göründüyü kimi, separatçı rejim “ərazisi”ndə “beynəlxalq idman tədbirinin” keçirilməsi üçün əlindən gələni edir. Bəs rəsmi Bakı bu “futbol çempionatı”nın keçirilməsinin qarşısını almaq üçün bir tədbir görəcəkmi? Yoxsa elə bir də gözümüzü açacağıq ki, artıq 2019-cu uil iyunun 1-dir və Xankəndində hay-küylə, azı, 10-15 ölkənin izlədiyi “Avropa çempionatı” gedir?..
Xatırladaq ki, yalnız avqust ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA) sözügedən məsələyə kəskin etirazını bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR