İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru tam bəraət aldı

8-07-2019, 10:42 869 dəfə baxılıb


İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru tam bəraət aldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru Tofiq Hümbətov barəsində cinayət işinə yekun baxış keçirilib.



Azerinfo.tv xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülmüşdü.

İş üzrə materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.


Gəncə Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə iş üzrə məhkəmə baxışı 05.07.2019-cu ildə yekunlaşıb.
Hakim Faiq Mahmudovun sədrliyi ilə keçən məhkəmə prosesi zamanı Tofiq Hümbətova qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmayıb.
Onun günahsız olması sübuta yetirilib.


Tofiq Hümbətov barasində başlanmış cinayət işi xətm olunub və o tam bəraət alıb.



Qeyd edək ki, T.Hümbətov 2017-ci ildən İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışırdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR