İslam dini nə elmi, nə də dini əsası olan falçılığı qətiyyətlə rədd edir - Falçı Etibarın qanunsuz əməlləri

9-09-2014, 15:02 87 dəfə baxılıb

[medium]https://bolgetv.info/uploads/posts/2024-09/1725827753_falci.jpg[/medium]


Öz gələcəyini görmək, həyatda baş verən hadisələrin sirli məqamlarına vaqif olmaq hər kəsin arzusudur. Bu arzu insanları bəzən falçılara, ekstrasenslərə üz tutmağa vadar edir və əksəriyyəti bu yolla dələduzluq edənlərin qurbanına çevrilir.

Yayılan şayiələrə görə, falçılardan kömək uman insanlar arasında məşhur simalar, dövlət xadimləri də az deyil.

Maraqlısı odur ki, bu cür hallara qarşı nə ictimaiyyət, nə dövlət, nə də vətəndaş cəmiyyəti reaksiya vermir. Vəziyyət o həddə çatıb ki, internet üzərindən onlayn xidmət göstərən falçılar da var. İnsanları aldadıb, pulunu mənimsəmək üçün texnologiyanın son imkanlarından yararlananlar, sosial şəbəkələrdə fala baxanlar da var.

İslamda falçılıq şeytan əməlidir

İslam dini falçılığa qarşı qəti mövqe nümayiş etdirir və onu şeytan əməli kimi səciyyələndirir: «Məlumdur ki, falçılıq qədim dövrlərdən mövcud olub və elə Həzrəti Məhəmməd peyğəmbərin (s) dövründə də fal oxları atıb, fala baxır, fal əsasında insanların taleyi ilə bağlı cəfəng iddialar irəli sürürmüşlər. Həzrəti Peyğəmbər (s) bu kimi hallara qarşı mübarizə aparır və insanları falçılardan uzaq olmağa çağırır. Maidə surəsinin 90-cı ayəsində bu haqda buyurulur: «Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”

Beləliklə, İslam dini nə elmi, nə də dini əsası olan falçılığı qətiyyətlə rədd edir. Bu, insanların taleyi ilə oynamaq, insanları psixoloji cəhətdən özündən asılı etmək, bu asılılıq bahasına şəxsi mənfəət eldə etmək məqsədi daşıyan dələduzluqdur.

İnsanlar həyata rasional yanaşmalı, elmi və dini əsası olmayan falçılıq kimi çirkin işdən uzaq olmalıdırlar. İnsanlar əminliklə bilməlidirlər ki, Allah hər kəsə iradə azadlığı, seçim imkanları verib və taleyimizin necə olması bizim bu gün hansı addımı atacağımızdan asılıdır, falçıların verdiyi proqnozlardan yox… Həyata doğru-düzgün baxışla yanaşıb, həm rasional, həm də mənəvi cəhətdən düzgün addımlar atsaq, gələcəyimiz mütləq xoşbəxt olar.

Heç bir falçı insanın gələcəyini təyin edə, ona bu işdə yardımçı ola bilməz. İnsanın gələcəyi onun özündən, ətrafdakı obyektiv amillərdən və ümumilikdə, Allahdan asılıdır. İnsanın həyatında falçıya yer yoxdur! Falçıların öz həyatlarına bir baxın – onlar nəyəsə qadir olsaydılar, öz həyatları üçün bir gün ağlayardılar. Ümumiyyətlə, qeyd edim ki, falçılıq bir xurafatdır, mövhumatdır. Həqiqi İslam isə hər cür xurafat və mövhumatı rədd edir və ona qarşı mübarizə aparır”.

Etibarı kim qoruyur-polis?

Bolgetv.info-nun məlumatına görə son illər «ulduz”u parlayan falçı Etibar adlı şəxsin evinin həyəti daim qələbəlik olur. Taleyin qismətinə qane olmayanlar, öz fərasətləri ilə uğur qazana bilməyənlər Etibarın iqamətgahına üz tutur, mövhumatçılar onun öncəgörücülük bacarığına inanır, gələcək işlərini proqnozlaşdırmaq üçün onun istədiyi pulu verirlər. Aldatmaq, inandırmaq qabiliyyətinə yiyələnmiş Etibar bütün işlərini din pərdəsi altında təqdim etməyə çox meyillidir. Buna aid misallar çoxdur. Çünki o, gördüyü və «gözə soxmağa” çalışdığı xeyriyyə işlərinin çoxunu da məhz İslam dininin ölkəmizdəki ocaqları sayılan pir və ziyarətgahlarda gerçəkləşdirib, özünü kifayət qədər və daha artıq reklam etməyi də unutmayıb.

Demək, Etibar əhalinin cibinə girərək, əldə etdiyi haram qazancı öz himayədarları ilə bölüşür ki, ona «gözün üstə qaşın var” deyən yoxdu.

Daha ətraflı növbəti sayımızda.

Bolgetv.info olaraq qarşı tərəfin fikirlərini denləməyə hazırıq!


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR