Falçi Firaya BŞBPİ-də dəstək verən Əli adlı zabit kimdir..

20-06-2019, 19:44 472 dəfə baxılıb

Falçi Firaya BŞBPİ-də dəstək verən Əli adlı zabit kimdir..


Öz gələcəyini görmək, həyatda baş verən hadisələrin sirli məqamlarına vaqif olmaq hər kəsin arzusudur. Bu arzu insanları bəzən falçılara, ekstrasenslərə üz tutmağa vadar edir və əksəriyyəti bu yolla dələduzluq edənlərin qurbanına çevrilir.

Yayılan şayiələrə görə, falçılardan kömək uman insanlar arasında məşhur simalar, dövlət xadimləri də az deyil.

Maraqlısı odur ki, bu cür hallara qarşı nə ictimaiyyət, nə dövlət, nə də vətəndaş cəmiyyəti reaksiya verir. Vəziyyət o həddə çatıb ki, internet üzərindən onlayn xidmət göstərən falçılar da var. İnsanları aldadıb, pulunu mənimsəmək üçün texnologiyanın son imkanlarından yararlananlar, "Skype", "Facebook" və digər sosial şəbəkələrdə fala baxanlar da var.

Ehtimal var ki, bu hal kütləviləşə və daha geniş falçı kütləsini əhatə edə bilər.

Ancaq hələlik nə Milli Məclisdə, nə də mətbuatda bu haqda söhbətlər belə, getmir.
Hökumətin falçılara qarşı mübarizə aparmalı olduğunu bildirən millət vəkili Zahid Orucun sözlərinə görə, daha çox televiziyaların efirindəki biabırçılıqlar yığışdırılmalıdır: "Mədəni inqilab ehtiyacı cəmiyyətin özündən gəlməlidir və hökumətin də borcudur ki, o çağırışlara cavab versin. Tarixboyu insanlar gələcəyi görmək ümidi ilə falçıların qurbanına çevriliblər. Təkcə Azərbaycanda deyil, xristian, yəhudi cəmiyyətlərində də ekstrasenslər var. Hökumət bu məsələdə ən azı şəxslər səviyyəsində mübarizə aparmalıdır. Falçılara qarşı mübarizə çox çətin tənzimlənən bir məsələdir. Ancaq ən azı bunun televiziyalar vasitəsilə təbliğ edilməsini qadağan edə bilərlər. Cəhalət üzərində öz biznesini quran adamlar hər cür cəzaya layiqdirlər. Bölgələrdə "falçıların bazarı" daha çox inkişaf edib. Onlara inanacaq qədər sadəlövh insanlar çoxdur. Mənim bu məsələdə mövqeyim kəskindir".

Azerinfo.tv xəbər verir ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 31 ünvanda Fira adlı falçı açıq-aşkar insanları aldatmaqla məşğuldur. Bu dələduz qadın haqda müfafiq yeürlərə şikayətlər olunsa da tədbir görülməyib.
Bu yaxınlarda müstəqil mətbuat nümayəndsəsi olan iki qadın jurnalist Firanın əməllərini ifşa etmək üçün araşdırma aparıblar. Qadınların jurnalist olduğunu duyan Fira ərini çağırıb. Onun əri öz növbəsində hadisə yerinə gəlib çıxıb. Jurnalist xanımları təhdid etmnəyə başlayıb. Hətta onlar metro stansiyasına kimi təqib edərək hədələyib.
Deyib ki, Firanı birbaşa “Qoratdeldən” Əli adlı zabit himayə edir.
Bu Əli adlı şəxsin kimliyini araşdıracayıq . Ümumiyyətlə, qeyd edim ki, falçılıq bir xurafatdır, mövhumatdır. Həqiqi İslam isə hər cür xurafat və mövhumatı rədd edir və ona qarşı mübarizə aparır. O cümlədən qanun da belə əməlləri yasaqlayır.
Mövzunu davam etdirəcəyik.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR