Elmin Zamanov – Binəqədi rayonunun abadlıq simasını formalaşdıran fədakar rəhbər

12-09-2025, 06:22 78 dəfə baxılıb

Elmin Zamanov – Binəqədi rayonunun abadlıq simasını formalaşdıran fədakar rəhbər


Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov öz fəaliyyətində yüksək təşkilatçılığı, idarəçilik bacarığı və işinə olan məsuliyyəti ilə seçilən rəhbərlərdən biridir. Onun rəhbərliyi ilə Binəqədi rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq, təmizlik və infrastruktur işləri rayonun simasının müasirləşdirilməsinə, sakinlərin daha rahat və təhlükəsiz şəraitdə yaşamasına xidmət edir.

Elmin Zamanov mənzil-kommunal təsərrüfat sahəsindəki zəngin təcrübəsini daim inkişaf etdirərək, rayonun hər bir küçə və məhəlləsinin abad görünməsi üçün xüsusi həssaslıq nümayiş etdirir. Onun təşəbbüsü ilə yolların təmiri, işıqlandırma sistemlərinin yenilənməsi, park və istirahət guşələrinin abadlaşdırılması, həyətyanı sahələrin yaşıllaşdırılması istiqamətində mühüm işlər görülüb. Rayonda həyata keçirilən təmizlik işlərinin yüksək səviyyədə təşkili də məhz Elmin müəllimin rəhbərliyi altında sistemli və davamlı şəkildə aparılır.

Binəqədi rayonunda əhalinin sosial rifahının yaxşılaşdırılması, məişət şəraitinin yüksəldilməsi Elmin Zamanovun fəaliyyətində əsas istiqamətlərdən biridir. Onun vəzifə məsuliyyəti və vətəndaşlara göstərilən qayğısı sakinlərin dərin minnətdarlığına səbəb olub. Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşmaq, onların problemlərinin həlli üçün real addımlar atmaq Elmin müəllimin rəhbərlik üslubunun əsas prinsiplərindəndir.

Xüsusilə vurğulamaq lazımdır ki, Elmin Zamanov şəhid ailələrinə və qazilərə də xüsusi həssaslıq və dəstək göstərir. Onların yaşayış şəraitinin yaxşılaşdırılması, kommunal məsələlərinin operativ həlli və hər zaman diqqət mərkəzində saxlanılması rəhbərin dövlətə və millətə olan sadiqliyinin bariz nümunəsidir.

Bu gün Binəqədi rayonunun küçə və məhəllələrinin abad, təmiz və baxımlı olması, insanların rahat və təhlükəsiz şəraitdə yaşaması üçün həyata keçirilən layihələr Elmin Zamanovun işgüzarlığının və peşəkarlığının nəticəsidir. O, öz işinə vicdanla yanaşaraq hər zaman dövlətimizin həyata keçirdiyi sosial siyasətə dəstək verir və sakinlərin məmnunluğu naminə fəaliyyət göstərir.

Elmin Zamanov həm idarəçilik bacarığı, həm də insanlara olan münasibəti ilə rayon sakinlərinin hörmət və ehtiramını qazanmış nümunəvi rəhbərlərdən biri kimi tanınır. Onun fəaliyyəti Binəqədinin daha da gözəlləşməsinə, sosial infrastrukturunun möhkəmlənməsinə və insanların rifahının yaxşılaşmasına xidmət edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR