Putin Cinpinlə GÖRÜŞDÜ: İki lider BU MESAJI VERDİ

Bu gün, 05:58 19 dəfə baxılıb

Putin Cinpinlə GÖRÜŞDÜ: İki lider BU MESAJI VERDİ


Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin APEC sammiti çərçivəsində Şençjen şəhərində ikitərəfli görüş keçiriblər.

Tərəflər iqtisadi əməkdaşlığa da xüsusi diqqət ayırıblar.

Cinpin bildirib ki, Moskva və Pekin münasibətləri sabit olaraq qalır, dəyişən dünya konyunkturasından asılı deyil və böyük dövlətlər arasında qarşılıqlı fəaliyyət nümunəsidir.

Onun sözlərinə görə, iki ölkənin əməkdaşlığı dünyada sabitliyin möhkəmlənməsinə töhfə verir.

Putin öz növbəsində Cinpini dost adlandırıb və Rusiya-Çin əməkdaşlığının inkişaf etdiyini qeyd edib.

O, hər iki ölkənin xarici siyasət koordinasiyasının sabit qaldığını, Moskva və Pekinin çoxqütblü dünya nizamının formalaşdırılmasına dair ortaq mövqedən çıxış etdiyini vurğulayıb.

Putin 2026-cı ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsinin güclü artım dinamikası nümayiş etdirəcəyinə əminliyini ifadə edib. Son illərdə bu göstərici 200 milyard dolları ötüb.

Həmçinin Rusiya prezidenti Çinin təşəbbüsü ilə vizasız rejimin tətbiqindən sonra qarşılıqlı turist axınının 43 faiz artdığını bildirib. O, nəqliyyat əlaqələrinin və humanitar əməkdaşlığın inkişafını diqqətə çatdırıb.

Cinpin Çinin Asiya-Sakit Okean regionunun rifahı naminə Rusiya ilə birlikdə işləməyə hazır olduğunu bəyan edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR