Prezident İlham Əliyev 14 may 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Komitə sədrinin adi müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.
Bununla da Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı 4-ə çatıb. Onlardan biri birinci müavin, üçü isə müavindir.
loading...