Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama

Bu gün, 12:25 20 dəfə baxılıb

Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama


Şəhərlərarası (rayonlararası) istiqamətlərdə hərəkətdə olan qatar ADY-nin məsuliyyətində olduğu müəyyən edilmiş hər hansı texniki və ya əməliyyat səbəblərindən gecikmə ilə çatdıqda sərnişinlərə biletin dəyərinin müəyyən hissəsi geri qaytarılacaq.

Bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qeyd olunub ki, biletin dəyərinin qaytarılan hissəsi aşağıdakı qaydada həyata keçiriləcək:

- Gecikmə 1 saatdan 2 saatadək olduqda biletin dəyərinin 25%-i;
- Gecikmə 2 saatdan 4 saatadək olduqda biletin dəyərinin 50%-i;
- Gecikmə 4 saatdan çox olduqda biletin dəyərinin 100%-i.

"Qatarın gecikməsinə hər hansı təbiət hadisəsi, o cümlədən güclü külək, sıx duman, leysan, subasma və digər təbiət hadisələri, qatarın qarşısına qəfil insan və ya digər maneələrin çıxması, kənar müdaxilələr, habelə ADY-nin məsuliyyətinə aid olmayan digər fövqəladə və qarşısıalınmaz hallar səbəb olduqda biletin dəyərinin geri qaytarılması nəzərdə tutulmur", - deyə açıqlamada vurğulanıb.

Qurumdan bildirilib ki, kompensasiya Abşeron dairəvi dəmiryol xətti ilə hərəkət edən qatarlara şamil edilmir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR