Əsəd Rusiyanın “cəhənnəm silahını” tətbiq etdi - VİDEO

17-10-2015, 12:49 744 dəfə baxılıb

Əsəd Rusiyanın “cəhənnəm silahını” tətbiq etdi - VİDEO


















Azərbaycan Rusiyadan 18 belə odsaçan sistem alıb

Suriya ordusu Rusiya aviasiyasının hava zərbələri ilə eyni vaxtda “İslam Dövləti”nin (İŞİD) mövqelərinə intensiv artilleriya zərbələri endirib. Bu zaman Rusiyanın Suriyada yerləşdirdiyi, dəhşətli dağıdıcı gücə malik TOS-1A “Solntsepyok” ağır odsaçan sistemlərinin ilk dəfə tətbiq edildiyi qeydə alınıb.

Məlumata müvafiq olaraq sistemləri Rusiya hərbçiləri idarə edir. Çünki bu günlərdə sosial şəbəkələrdə Rusiyanın Suriyaya ekipajı ilə birlikdə “Solntsepyok” odsaçan sistemlərini göndərdiyini təsdiq edən fotolar yayılmışdı.

İnternetdə yayılan və “İslam Dövləti” yaraqlıları tərəfindən çəkildiyi ehtimal edilən videokadrlardan görünür ki, odsaçan sistemdən açılan yaylım atəşindən sonra dağlar arasındakı vadini partlayışlar bürüyür.

Bu, “Solntsepyok” odsaçanlarının döyüş tətbiqinə dair ilk videokadrlardır.

“Solntsepyok”un tətbiqi ilə əlbirlərinin mövqeləri yox edilən kadrlar bütün bunları kənardan müşahidə edən yaraqlıların əlinə düşüb. Belə sistemlərin meydana gəlməsi döyüş meydanında Suriya ordusuna üstünlük gətirəcək və bu mövqe döyüşlərindən qaçınmağa imkan verəcək.

Dəhşətli dağıdıcı gücə malik olan və “cəhənnəm silahı” adlandırılan odsaçan sistemlərdən termobarik mərmilərlə endirilən zərbələrdən xilas olmaq mümkün deyil. Bu mərmilər düşdüyü ərazidə hər şeyi külə döndərir.

Xatırladaq ki, dünyada bənzəri olmayan “Solntsepyok” odsaçan sistemləri Rusiyadan başqa indiyədək təkcə Azərbaycan, İraq və Qazaxıstan silahlı qüvvələrində olub.

Azərbaycan 2011-ci ildə “Rosoboroneksport”la bağlanmış müqavilə əsasında Rusiyadan 18 belə odsaçan sistem alıb və Müdafiə Nazirliyi bu silahları artıq hərbi təlimlərdə sınaqdan keçirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR