KİV Parisdə səkkiz terrorçunun ölməsi barədə məlumat yaydı

14-11-2015, 13:47 667 dəfə baxılıb

KİV Parisdə səkkiz terrorçunun ölməsi barədə məlumat yaydı

















Paris polisi ölkənin paytaxtında baş verən terror aktları zamanı həyatından olan səkkiz terrorçu haqqında məlumata sahibdir

Onlardan yeddisi kamekadze kəmərlərindən istifadə edib, bu barədə istintaqa yaxın mənbə bildirib, Liberation məlumat yayıb.

Əldə olan məlumata görə, üç terrorçu özünü partladıb və bir terrorçu isə hərbçilər tərəfindən “Bataklan” teatrında öldürülüb, üç terrorçu Almaniya və Fransanın milli yığmalarının yoldaşlıq görüşü keçirdiyi və ölkə prezidenti Fransua Ollandın olduğu “Stad de Frans” stadionunda “şəhid kəməri”ndən istifadə ediblər. Daha bir terrorçu Volter Bulvarında özünü partladıb.

Daha öncə Parisin polis prefekti Mişel Kado hüquq-mühafizə orqanlarının əməkdaşlarının bütün terrorçuların öldüyünü hesab etdiklərini bildirmişdi.

Terror fəaliyyətinin altı epizodu qeydə alınıb, prokurorluqda cinayət işi açılıb.

Prokuror Fransua Molenin sözlərinə görə, yaraqlıların hücumları nəticəsində ən azı 150 nəfər ölüb.

KİV-in verdiyi məlumata əsasən ölənlərin sayı 150-ni keçib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR