Türkiyə Suriyanı vurdu – SON DƏQİQƏ

16-02-2016, 14:07 706 dəfə baxılıb

Türkiyə Suriyanı vurdu – SON DƏQİQƏ











Türkiyə Silahlı Qüvvələrinin topçu batareyaları Suriyada PYD-nin nəzarət etdiyi bölgədən açılan atəşə cavab verməyə başlayıb. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kilis vilayətinin Akçabağlar kəndinin yaxınlığında yerləşdirilən “Fırtına” özüyeriyən topları PYD-nin mövqelərini vurub. Türkiyə Suriyanın Azez şəhərinin yaxınınlığındakı Minnig aerodromu və ətraf əraziləri ələ keçirən PYD-nin mövqelərini fevralın 14-dən vurmağa başlayıb. Türkiyə müxalifət güclərinin nəzarətində olan Azez şəhərinin PYD-nin əlinə keçməsinə imkan verməyəcəyini bəyan edib. Məlumata görə, Türkiyə-Suriya sərhədində təhlükəsizlik tədbirləri artırılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR