"Parisdə olanda dünyanı qarışdırırsınız, Ankarada olanda niyə səsiniz çıxmır?" - Ərdoğandan AB-yə PKK ittihamı

21-03-2016, 11:48 620 dəfə baxılıb

"Parisdə olanda dünyanı qarışdırırsınız, Ankarada olanda niyə səsiniz çıxmır?" - Ərdoğandan AB-yə PKK ittihamı












Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikadan Avropa Birliyi-Türkiyə sammitinin keçirildiyi bölgədə qurulan PKK çadırlarına görə, rəsmi Brüsseli və Avropa Birliyini sərt şəkildə ittiham edib

Ərdoğan Avropa Birliyini riyakarlıqda suçlayıb.

Avropa Birliyində yaşananları görürük. Separatçı terror təşkilatı çadır qurdu. Öz parçasını dalğalandırır . Avropa Birliyi axı PKK-nı terror təşkilatı elan edib. Terror təşkilatı elan etdiyi halda o çadırda o kirli parça niyə asılır? İçəridə bizimlə müzakirələr keçirirlər, çöldə isə PKK-nın çadır qurmasına icazə verirlər. Cavabında bizə nə desələr yaxşıdır? Düşüncə azadlığıdır. Bu necə düşüncə azadlığıdır , Parisdə olanda dünyanı qarışdırırsınız, Ankarada terror aktı olanda niyə səsiniz çıxmır? Neyləyək, bəlkə bizdən sizi alqışlamağımızı gözləyirsiniz? O kirli parçalar orada dalğalandığı müddətdə bizdən ən ağır sözləri eşidəcəksiniz. Türkiyənin hörmətli baş naziri orada olduğu müddətdə o parçaları endirdilər, Brüsseldən ayrılınca yenidən asılmasına icazə verdilər. Bundan sonra bizim haqqımızı tanımayanlara hədlərini bildirmək haqqımızdır" deyə Ərdoğan qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR