Ermənistanda Rusiya hərbi bazasının gələcək taleyi yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Kaluqin RİA Novosti-yə müsahibəsində İrəvan rəsmilərinin mümkün qərarla bağlı məsuliyyəti Moskvanın üzərinə qoymağa çalışdığını bildirib.
Onun sözlərinə görə, Ermənistan nümayəndələri məsələni elə təqdim etməyə çalışırlar ki, guya Rusiya hərbi bazasının Ermənistanda gələcək fəaliyyət perspektivlərinin müzakirəsini Moskva özü başladıb.
Kaluqin həmçinin bildirib ki, İrəvandakı hakim elita ən mühüm məsələlər üzrə qərarları özü vermək əvəzinə, bu qərarların kənardan verilməsini gözləyir.
“İrəvandakı hakim elita çox vaxt ən mühüm qərarların xarici oyunçular tərəfindən qəbul ediləcəyini gözləyir”, – Rusiya XİN nümayəndəsi bildirib.
loading...