Ermənistanda fahişəlik qanuni olacaq

19-08-2015, 19:19 757 dəfə baxılıb

Ermənistanda fahişəlik qanuni olacaq


















“Fahişələrə polislər sponsorluq edir”

“Beynəlxalq insan haqlarının müdafiəsi üzrə Komitə”nin sədri Aşot Atoyan Ermənistanda fahişəliyi qanuniləşdirməyi təklif edib.

İctimai xadim bu təkliflə avqustun 19-da jurnalistlər qarşısında çıxış edib.

azinfo.tv news.am-a istinadən xəbər verir ki, onun sözlərinə görə, respublikada fahişəliklə bağlı vəziyyət bunun kimə isə sərf etdiyi fikrinə gətirib çıxarır.

“Əks təqdirdə, onların bu qədər imtiyazları olmazdı”, - deyə, Atoyan bəyan edib.

Hansı imtiyazlardan söhbət getdiyini isə o, öz nitqində dəqiqləşdirməyib.

Əvəzində isə o, bəyan edib ki, “fahişəliyə polislər, İstintaq komitəsi, prokurorluq sponsorluq edir”.

Aşot Atoyanın fikrinə görə, fahişələrin hüquqlarını qanunla möhkəmləndirmək lazımdır.

“Qoy vəziyyətə dövlət nəzarət etsin Fahişələr mütəmadi olaraq müayinədən keçməli və öz sənətləri ilə xüsusi ayrılmış yerlərdə məşğul olmalıdırlar”, - deyə, Atoyan bəyan edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR