PKK-nın bombası uşağın əlini qopardı - PKK mediası dezinformasiyaya start versə də... (Foto 18+)

13-09-2015, 14:22 733 dəfə baxılıb

PKK-nın bombası uşağın əlini qopardı - PKK mediası dezinformasiyaya start versə də... (Foto 18+)

















Türkiyənin Cizrə şəhərində fövqəladə vəziyyətin götürülməsindən sonra, PKK-nın törətdiyi terror hadisələri üzə çıxıb


PKK terrorçuları şəhərin bir çox nöqtəsinə təhlükəsizlik qüvvələrinə qarşı mina və bombalı tələlər qurub.

PKK-nın qurduğu tələlərdən biri nəticəsində dünən şəhərdə partlayış baş verib.Partlayış nəticəsində şəhərdə yaşayan bir uşağın əli qopub.

PKK-nın tərəfdarı olan saytlar və onlara məxsus sosial media hesabları tezliklə dezinformasiyaya girişərək partlayışı dövlətin üstünə yıxmağa cəhd ediblər.

Lakin, terror təşkilatının tərəfdarı olan xəbər saytları Gizrədə fövqəladə vəziyyət elan olunduğu vaxtlarda, dövlətə hədə məqsədi ilə PKK-nın təhlükəsizlik qüvvələrinə qarşı partlayıcı maddələrlə tələ qurduğunu yazmışdı.

Partlayışdan sonra, uşağın adının Yusif Şık olduğu öyrənildi.

Qeyd edək ki, Türkiyə güc strukturları Gizrədə PKK-ya qarşı əməliyyat keçirdiyi üçün, şəhərdə fövqəladə vəziyyət elan etmişdi. Fövqəladə vəziyyət elan edildikdən sonra, başda PKK-nın siyasi qolu HDP olmaqla, Cümhuriyyət Xalq Partiyası, Fətullah Gülən mediası, Doğan mətbuatı bu qərara qarşı çıxmışdı. Onlar Gizrə sakinlərinin fövqəladə vəziyyətdən əziyyət çəkdiyini bəhanə edərək, PKK-ya qarşı əməliyyatları dayandırmağa cəhd etsələr də, Türkiyə güc strukturları terrorçulara qarşı əməliyyatları davam etdirdi.

PKK-nın bombası uşağın əlini qopardı - PKK mediası dezinformasiyaya start versə də... (Foto 18+)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR