Yollarda görməyə adət etdiyimiz su gölməçələri artıq tarixə qovuşa bilər

26-09-2015, 11:29 758 dəfə baxılıb

Yollarda görməyə adət etdiyimiz su gölməçələri artıq tarixə qovuşa bilər














Belə ki, mütəxəssislərin ixtira etdikləri yeni yol örtüyü suyu özünə çəkir.

SalamNews-un Britaniyanın "Daily Mail" qəzetinə istinadla verdiyi xəbərə görə, yeni beton örtük 60 saniyə ərzində 4000 litrə qədər suyu "uda" bilir.

"Lafarge Tarmac" şirkəti tərəfindən hazırlanan beton örtüyü suyun yer səthində toplanmasına imkan vermir. Maye, demək olar ki, dərhal daxilə hoparaq gözdən itir.

Buradakı sirr isə kifayət qədər sadədir, belə ki, su səthdə quraşdırılan süzgəcdən keçərək, örtüyün aşağı hissəsinə gedir. Nəticədə yolun səthi düz və keçid üçün rahat qalır.

Yollarda görməyə adət etdiyimiz su gölməçələri artıq tarixə qovuşa bilər


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR