Azyaşlı qızları zorlayan azərbaycanlı həbs EDİLDİ

26-08-2018, 09:43 435 dəfə baxılıb

Azyaşlı qızları zorlayan azərbaycanlı həbs EDİLDİ



Rusiyada azyaşlı qızları zorlayan azərbaycanlının məhkəməsi başlayır.

Cinayət Məcəlləsinin 149.2.5, 149.2.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinən Aslanov Yaşar Səyavuş oğlununun məhkəmə prosesinin hazırlıq iclası avqust ayının 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçiriləcək.

Belə ki, 2017-ci ilin fevral ayında Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Yaşar Aslanov tutulub.

Məlum olub ki, Yaşar Aslanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə beynəlxalq axtarışda olub.

Araşdırmalar zamanı, Yaşar Aslanovun Rusiyada olduğu zaman 4 azyaşlı rus qızını zorladığı məlum olub.

Cinayətdən yayınan Yaşar Aslanov Azərbaycana gəlməyə nail olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR