“Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəxri üzvü, Türkiyədə Milli ağırlıqqaldıran Cansu Bektaş Gənclərin Dünya Ağır Atletika Çempionatında qızıl medal qazanıb

16-11-2023, 14:54 96 dəfə baxılıb

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəxri üzvü, Türkiyədə Milli ağırlıqqaldıran Cansu Bektaş Gənclərin Dünya Ağır Atletika Çempionatında qızıl medal qazanıb


“Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəxri üzvü, Türkiyədə Milli ağırlıqqaldıran Cansu Bektaş Gənclərin Dünya Ağır Atletika Çempionatında qızıl medal qazanıb. Meksikanın Guadalajara şəhərində ağır atletika üzrə böyüklər arasında dünya çempionatı başlayıb. Dünya Çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində mübarizə aparan Ankara ASKİ İdman Klubunun milli idmançısı Cansu Bektaş qızıl medal qazanaraq dünya çempionu olub.

Qeyd edək ki, Cansu Bektaş 2023-cü ildə Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının qalibi olmuş medalı Azərbaycana həsr etmişdi. Cansu Bektaş Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Təbrik edirik!


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR