Zidan "Yuventus"da?
"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan haqda növbəti iddia yayılıb.
Faktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, fransalı mütəxəssisin 2019-cu ilin yayından "Yuventus"u çalışdıra biləcəyi vurğulanıb. Klub rəhbərliyinin cari mövsümün sonu Zidanı kluba dəvət etməyi planlaşdırdığı iddia olunub.
Qeyd edək ki, Turin təmsilçisinin hazırkı baş məşqçisi Massimiliano Alleqridir.