İnsanlarla yanaşı iqtisadiyyat da ölür

15-07-2020, 21:40 248 dəfə baxılıb

Koronavirus pandemiyası dünya iqtisadiyyatını on illərlə geri atacaq.
Cebhe.info xəbər verir ki, bu bəyanatla BMT çıxış edib. BMT-nin fikrincə, ilk növbədə kiçik biznes zərbə altında qalıb. Müxtəlif ölkələrin hökumətləri bu sahəyə dəstək göstərməyə cəhd etsələr də, nəticə qənaətbəxş olmur, itkilər çox yüksəkdir. Hökumətlər tezliklə peyvənd tapılacağına ümid edir.
Hollandiyalı mikrobioloqların fikrincə, COVİD-19-dan sağalan xəstələrin plazması heç də bütün hallarda xəstələrin müalicəsində effektli olmur. Bəzi antitellər isə hətta ciddi iltihab da yarada bilər. SARS-CoV-2-a qarşı IgG antitelinin adı bu sırada çkilir: “Biz müəyyən etmişik ki, COVİD-19-u ağır formada keçirən xəstənin plazması makrofaq hüceyrələrlə birləşdiyi zaman ciddi əks- təsir göstərir. Bəzi müalicə olunanların vəziyyətinin kəskin pisləşməsi də bununla bağlıdır".

Beləliklə, hollandiyalı mütəxəssislərin araşdırması ciddi narahatlıq yaradıb. Xəstəlikdən yaxa qurtarmaq üçün ümid yenidən peyvəndə qalıb. Amerika mütəxəssisləri də yaxşı xəbəri verməyə tələsiblər. Məlum olub ki, "Moderna" şirkətinin dərman preparatının birinci sınaq mərhələsində bütün iştirakçılarda immunitetin güclənməsi müşahidə olunsa da, sonrakı mərhələdə daha az dozada peyvənd alanların nəticəsinin fərqli olduğu üzə çıxıb.
ABŞ isə yoluxma sayı ən çox olan ölkə kimi peyvəndi səbirsizliklə gözləyir. Ölkədə bir-birinin ardınca yoluxmada "rekord" təzələnir.
BMT hesab edir ki, insanlarla yanaşı iqtisadiyyat da "ölür": "1870-ci ildən bəri insanların qazancında kəskin azalma müşahidə olunur. 70-100 milyon insan kasıblıq həddinə düşə bilər. İlin sonuna qədər 265 milyon nəfərin ərzaq təhlükəsizliyi problemi ilə qarşılaşması gözləniləndir. Bu, böhrana qədər olan rəqəmdən 2 dəfə artıqdır".
Rəqəmlər göstərir ki, ABŞ və Qərbi Avropadan 80 milyon insan öz hökumətlərinə məktub yazaraq iqtisadi dəstək gözlədiklərini yox, vergilərin artırılması və bundan əldə edilən gəlirin koronavirusla mübarizəyə sərf edilməsini istəyiblər. Hökumətlər isə biznesə müəyyən güzəştlər edir ki, zərbənin təsiri mümkün qədər azaldılın.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR