İnsan haqları: Dəyərlər ya pivəxanalarda, ya da almanların həvəslə çəkildiyi porno filmlərdə sərhədlənir

18-04-2021, 14:00 198 dəfə baxılıb

İnsan haqları: Dəyərlər ya pivəxanalarda, ya da almanların həvəslə çəkildiyi porno filmlərdə sərhədlənirDünya ləyaqətini itirir. Başqa cür ifadə etmək çətindir. Hər yerdə xaosdur. İmperialist qüvvələrin yeni ideologiyaları formalaşır. İnsan haqları, demokratiya anlayışları deformasiyaya uğrayıb, ölkələr arasında bio-müharibələr gedir. İqlim dəyişikliyi, guya dünyanı dağılmaqdan qorumaq üçün "dərinlər”in uydurduğu mif və əfsanələr, sərhəd toxunulmazlığı ətrafında gedən hoqqalar yeni dəyərlərin təqdimatını sürətləndrir. Amma hələ ki, qarmaqarışıqlıqdır. "At izi it izinə qarışıb”. Bütün bu amillərin fonunda isə Azərbaycanda baş verən möcüzə yeni nizam yaratdı.

Ərazi bütövlüyünün bərpası uğrunda xalqımızın mətanəti, şəhidlərimizin qanı, Ali Baş Komandanın iradəsi Allahın izni ilə bu möcüzəni yaradan mühüm amilə çevrildi. Bu isə dünyada gedən proseslərdə arı yuvasına çomaq soxmağa bənzəyirdi. "İskəndər-M” raketinin Azərbaycana atılması, ATƏT-in Minsk qrupunun yenidən dövriyyəyə girmək cəhdləri, Avropanın, xüsusən Almaniyanın ölkəmizə artan təzyiqi və digər hadisələrin sıralanması fonunda müharibədən sonra ənənəvi mənzərə ilə qarşılaşdıq. Xüsusən erməni kilsəsinin müharibədə topların səsindən batan bağırtısı indi eşidilməyə başladı: İslam Qafqazda xristianlığı sıxışdırır. Guya erməni dövlətçiliyi xristianlığın bu regionda dayağı kimi məhv edilir.

 

Bütün bunlar boşuna səslənmir. Bir çox senarilər Rusiyada hazırlanır, casus şəbəkəsinin at oynatdığı Almaniyadan beynəlxalq güclərin diqqət mərkəzinə ötürülür. Bəs niyə məhz bu ölkə?!

Səbəbləri çoxdur. Əsas amillərdən biri də ölkədə tüğyan edən islamafobiya ilə bağlıdır. Beləliklə, məsələyə bir qədər ətraflı nəzər yetirək.

Ondan başlayaq ki, Almaniyada təxminən 5 milyon müsəlman yaşayır. Bu da ölkənin bütün əhalisinin 5%-ni təşkil edir və almanların onlara qarşı münasibəti birmənalı deyil. Bunun əsas səbəbi isə, əlbəttə, İslam dinidir. Çox sayda sorğular bu düşüncəni əks etdirir, məsələn, almanların 67 faizi müsəlmanların alman cəmiyyətinin əsas dəyərlərini rədd etdiyinə inanır, 55 faizi müsəlman miqrantların alman cəmiyyətinə yük olduğuna əmindir.

Almaniyanın "1-ci  kanal” televiziyası tərəfindən hazırlanan süjetlərdən birində deyilir ki, Almaniyada İslamın yayılması almanların dörddəüçünü narahat edir. Bertelsmann Fondu tərəfindən aparılan bir araşdırma Almaniyada İslama qarşı qərəzli münasibətin artdığını göstərir.

2012-ci ildən bəri İslamı təhdid olaraq görən sakinlərin sayı 4 faiz artaraq 57%-ə çatıb. Əvvəlki anketlərdə hər ikinci almanın İslamın Almaniyaya yad olduğuna inandığı ortaya çıxıb. Ölkədə yaşayan müsəlmanların 18%-i bu fikirlə razılaşıb.

"Almanların yarısından çoxu İslamı təhdid olaraq görür”. Bu fikirlər isə Bertelsmann Fondu tərəfindən aparılan sorğuların nəticələridir. Ümumiyyətlə, Almaniya əhalisinin yarısı ən azı bu dindən ehtiyatlanır. Bir çox alman heç vaxt müsəlmanlarla qonşu olmaq istəmədiyini açıq şəkildə bildirir. Eyni zamanda, daha az müsəlmanın olduğu ölkənin şərqində onlara münasibət qərbdən daha az tolerantdır. Özlərinə haqq qazandıran alman başbilənləri belə hesab edir ki, ölkədə islamafobiya deyilən bir şey yoxdur. Çünki onlar ümumiyyətlə, islamı bir din kimi deyil, siyasi bir tendensiya olaraq qəbul edirlər. Buna görə də ölkədə dini tolerantlığın yayılmasına heç bir ehtiyac qalmır. Alman ideoloqlar özlərini ya qanmazlığa vurur, ya da islam dünyasını heçə saymaqla bu sivilizasiyaya qarşı yeni müharibə forması düşünür. İkinci versiya daha realdır və bu barədə ətraflı şərhə ehtiyac yaranır.

Amma islam dünyasında buna avropalıların öz dili ilə qiymət qoyurlar: Almanlar insan haqlarına tüpürüblər, onlar üçün dəyərlər ya pivəxanalarda, ya da alman qızlarının baş rollarda həvəslə çəkildiyi porno filmlərdə sərhədlənir.

Yüksək alman texnologiyası, robot maşınlar, ən keyfiyyətli alman məhsulları, Avropa Birliyinin əsas yükünü daşımaqda iddialı olan, anqlo-sakslara qarşı güclü qısqanclıq fonunda islam dininə nifrət daha qabarıqdır.

Alman mediasında, efirlərdə tirajlanan reportajlarda xüsusi olaraq vurğulanır ki, digər dünya dinləri vətəndaşlarda qorxu yaratmır. Amma islam dininə münasibətdə dərin uçurum var ki, bunun da səbəbləri beyin mərkəzlərində, ayrı-ayrı ölkələrin kəşfiyyat qurumlarında, insitutların laboratoriyalarında diqqətlə izlənilir.

Amma əslində nə baş verir? Dünya müharibələrinə səbəb olan Almaniya dünyanın yenidən bölüşdürülməsində öz metodologiyalarını təqdim edir, baxışlarını formalaşdırır, ABŞ və Böyük Britaniya ilə dərin rəqabətdə Şərqi Avropa ölkələri və Rusiya ilə birləşərək hərəkət edir. Almaniyada dazbaşlar, Rusiyada skinxedlər, neofaşizm elementləri, islam dininə qarşı ayrı-seçkilik, irqçiliyin yeni təzahürləri münaqişə ocaqlarına yanacaq səpir, imperializmin maskasını dəyişir.

Alman publisisti və islamın sərt tənqidçisi Henrik Broder bunu məharətlə, amma utanıb-qızarmadan səlis ifadə edir. Bir təxribatçı kimi qürur duyduğunu gizlətməyən Henrik Broder konkret olaraq deyir ki, "İslam Avropanı tam işğal edə bilər. Bu isə Avropa cəmiyyətinin mahiyyətini dəyişdirəcək ən böyük təhlükə sayılmalıdır”.

Nüfuzlu həftəlik "Der Spiegel” üçün də yazan Broder xüsusi olaraq vurğulayır ki, "İslam əleyhdarlarının çoxsaylı bloqlar, yığıncaq, nümayiş, televiziya kanalları və populyar qəzetlərdə fikirlərini getdikcə daha aqressiv şəkildə təbliğ etmək üçün heç bir məhdudiyyəti yoxdur”. Hökumət rəsmiləri isə nur olmayan sifətlərini əyə-əyə izah etməyə çalışırlar ki, islamı tənqid edənlərin tələb etdiyi əsas şey Almaniyaya mühacir axınının dayandırılması ilə bağlıdır. Amma Qərbin irqçilik ideologiyasının mərkəzi sayılan ölkəni ciddi tədqiq edənlər başqa cür düşünür: həddindən artıq aqressiv düşünən almanlar üçün islamla düşmənçilik bir növ birləşdirici amil halına gəlib.

Köhnəlmiş kəşfiyyat hesabatlarında belə bir xətt də var ki, Avropada islamın yayılmasına qarşı çıxanlar 1980-ci illərdən formalaşmağa başlayıb. Onların islamla düşmənçiliyi İsrailin qeyd-şərtsiz dəstəyindən irəli gəlir. Almaniya tarixinin qaranlıq səhifələrini, yəni XX əsrin 30-40-cı illərində yəhudilərin milliyyətçi sosialistlər tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlasaq, bu mövqe başadüşüləndir.

Elə buna görədir ki, almanların bir qrupu fələstinlilərə və daha geniş bir kontekstdə islam dünyasına qarşı düşmən olduqlarını İsraillə uğursuz bağlamağa cəhd edirlər.

Almanlara görə, İsrail Yaxın Şərqdə Qərb üçün tramplin və islamın yayılmasına maneədir. Odur ki, islam düşmənləri bu amili Almaniyada həddindən artıq sol və həddindən artıq sağları birləşdirən kəndir kimi dəyərləndirir. Artıq almanlar kor-koranə Fələstin Muxtariyyətinin bütün sakinlərini terrorçu kimi təsnif edir, bu ideologiyanı məqsədləri naminə yönəldə bilirlər. Alman siyasətçilərin bir qrupunun Qüdsdə "Bütün bəşəriyyət üçün İslam fundamentalizminin təhdidi haqqında” mühazirələri bu baxımdan əbəs deyil.

Beləliklə, birmənalı olaraq demək olar ki, almanlar antisemitizmi islamafobiya ilə dəyişdiriblər. Skandinaviya ölkələri, Fransa, İtaliya və Niderlandda belə bu yeni nasist partiyalarını alman ideoloqları qidalandırır.

Çox təəssüf ki, bu gün həmin ideoloqların at oynatdığı Almaniya Ukraynanın ərazi bütövlüyünə göz yumur, Rusiyanın aqressiyasını özünün iqtisadi maraqlarına görə görməzlikdən gəlir, yeni dünya müharibəsinin başlanması təhlükəsinə qarşı aparıcı dövlətlərin diplomatik hərəkətliliyində həvəssizlik göstərir, bütün dünyanı sanki yola verir.

Elə dünya da Almaniyanı yola verir. Kor-kor, gör-gör…

KONKRET.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR