Baş həkim içib, pilləkənlərdən yıxıldı-SALYANDA

25-05-2016, 11:37 752 dəfə baxılıb

Baş həkim içib, pilləkənlərdən yıxıldı-SALYANDA












Hüseynağa Həsənov başına gələnlərdən dolayı tibbi yardım alıb və bir müddət həkim müşahidəsi altında saxlanılıb

Salyan Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov barəsində bir müddət əvvəl məlumat vermişdik. Bildirmişdik ki, sözügedən şəxs işdə yol verdiyi ciddi nöqsanlardan dolayı rayon rəhbərliyi tərəfindən tənbeh olunduğundan, vəziyyətdən çıxmaq üçün orjinal vasitəyə əl atıb. Redaksiyamıza verilən məlumatlarda vurğulanırdı ki, Həsənov Azərbaycan Silahlı Qüvvələrinə yardım məqsədiylə 5 ədəd «NİVA» markalı maşın alaraq, hədiyyə etməyi planlaşdırıb. Ki, buna görə, onu işdən çıxarmasınlar.
Həmin məlumatlara görə, Salyanın baş həkimi avtomobillərin pulunu heç də cibindən qoymaq fikrində deyil. Əksinə, o, Mərkəzi Xəstəxananın işçilərindən mütəmadi olaraq pul toplatdırır. Bundan başqa, onun bir sıra yeyintilərə yol verdiyi, hətta Şirvan şəhərinə, yaşadığı evinə ambulansla gedib-gəldiyi də verilən məlumatlar sırasındaydı.
Redaksiyamıza daxil olan yeni məlumatlarda isə vurğulanır ki, Hüseynağa Həsənov təkcə həkim fəaliyyəti ilə məşğul olmur. Həmçinin rayonda yeyib-içməsi ilə də ad çıxarıb. Belə ki, o, mütəmadi olaraq spirtli içkilər qəbul etməklə, günü başa vurmağa üstünlük verir. Hətta o da deyilir ki, baş həkim günortadan sonra yeyib-içməyə başını qatır, günortaya qədər isə «poxmel» gəzir.
Elə bu səbəbdəndir ki, bir neçə gün qabaq Hüseynağa Həsənov yeyib-içməyinin bəlasını çəkib. Məlumatlara görə, baş həkim içkili vəziyyətdə işdən çıxarkən pilləkənlərdən yıxılıb. Nəticədə, müxtəlif bədən xəsarətləri alan baş həkim Salyan Xəstəxanasında ilkin tibbi yardım alıb. Daha sonra isə həkim müşahidəsi altında saxlanılıb. Bir qədər sonra evə buraxılıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR