İş adamının oğlu maşınla adam vurdu

13-11-2015, 11:56 776 dəfə baxılıb

İş adamının oğlu maşınla adam vurdu

















Masallının icra başçısının şəriki kimi tanınan Rafil Həsənov işi bağlamaq üçün bütün imkanlarını işə salıb

Masallı Çörək Zavodunun sahibi Rafil Həsənovun oğlu bir müddət əvvəl Xaçmaz rayonu ərazisində avtomobil qəzası törədib. Bu barədə redaksiyamıza qəzadan əziyyət çəkmiş şəxslərin yaxınları məlumat veriblər.

Məlumatda deyilir ki, iş adamının oğlu böyük sürətlə hərəkət edərkən, qarşısına çıxan iki süvarini vurub. Belə ki, Xaçmaz sakinləri olan həmin şəxslər atın üzərində yolun kənarı ilə hərəkət edirmişlər. Rafil Həsənovun oğlu isə yüksək sürətlə hərəkət edərkən sükana nəzarəti itirib və ardından da yolun kənarındakı süvariləri vurub.

Redaksiyamıza verilən məlumatda deyilir ki, at üzərində olan Xaçmaz sakinlərindən biri yüngül yaralansa da, digəri ağır travmalar alıb. Hətta Xaçmaz rayon Mərkəzi Xəstaxanası yaralının müalicəsinin yalnız Bakıda mümkün ola biləcəyini qeyd edrək, onu Musa Nağıyev adına Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına göndərib.

Qeyd edilir ki, Rafil Həsənov həddindən artıq geniş imkanlara sahib olduğundan məsələni gizlətməyə nail olub. Lakin qəza nəticəsində yaralanan şəxsin şikayətindən imtina etməməsi işin bağlanmasına əngəl olmaqdadır.

Redaksiyamıza verilən məlumatlara görə, Masallıdakı yeganə Çörək Zavodunun sahibi olan Rafil Həsənovun adı həmçinin bir sıra tenderlərdə hallanır. Onun rayonun icra başçısı Rafil Hüseynovla şərikli işlər qurduğu da verilən məlumatlar sırasında var. Bildirilir ki, Masallı Mərkəzi Xəstəxanasına çörək və çörək məhsullarının satışı yalnız bu zavod vasitəsi ilə həyata keçirilir. Bəzi iddialara görə, 20 qəpiyə başa gələn çörəyi tender vasitəsi xəstəxanaya 70 qəpiyə sənədləşdiriblər.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR