Rusiyaılı milyarder Qarabağa gəlmə səbəbini açıqladı - VİDEO

12-07-2015, 15:06 689 dəfə baxılıb

Rusiyaılı milyarder Qarabağa gəlmə səbəbini açıqladı - VİDEO

















“Elə təəssürat yaranır ki, sizi məhz Qarabağın tanıdılması üçün tutublar”

On gün öncə Moskva ətrafından Qarabağa köçən rusiyalı miyarder German Sterliqov burada necə yaşayacağı barədə danışıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycanın “qara siyahı”sına salınacaq rusiyalı iş adamı müsahibəsində Qarabağa köç etməsindən məmnunluğunu bildirib. Burada dəyirmana sahib olduğunu və un satışından ilk gəlirini əldə etdiyini bildirən Sterliqov, təsərrüfatı üçün Qarabağ təbiətinin ona uyğun gəldiyini bildirib.

Sterliqov qondarma Qarabağ respublikasının tanınmadığının da onun üçün yaxşı olduğunu bildirib. O, iddia edir ki, məhz buna görə burada insanlar özlərini qədimdəki kimi aparır, sənəd düzəltmək isə asandır.

Bunları eşidən jurnalist bilərəkdən və ya bilməyərəkdən həqiqət ola biləcək məqama toxunur: “Cənab Sterliqov, insana elə gəlir ki, sizi məhz Qarabağın tanıdılması üçün tutublar” - deyə, jurnalisr bildirir. Nədənsə Sterliqov bu sözün üstündən keçir və yenidən təəssüratlarından danışmağa başlayır. Qarabağın gözəl təbiəti isə milyarderə elə təsir edib ki, təəssüratları qurtarmır.




loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR