Suren Sarkisyan:“Boltonun 907-ci düzəlişin ləğvindən danışması Ermənistanın fiaskosudur” – MÜSAHİBƏ

31-10-2018, 14:11 425 dəfə baxılıb

Suren Sarkisyan:“Boltonun 907-ci düzəlişin ləğvindən danışması Ermənistanın fiaskosudur” – MÜSAHİBƏ


Beynəlxalq məsələlər üzrə mütəxəssis Suren Sarkisyan “lragir.am” saytına müsahibəsində Con Boltonun (John Bolton) regiona səfərinə toxunub.

Strateq.az müsahibəni oxucularına təqdim edir:



– Cənab Sarkisyan, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edib. Səfəri necə qiymətləndirirsiniz? Bu, ABŞ-ın regionumuza aktivlik nümayiş etdirdiyini göstərir?

– Boltonun səfəri zamanı bir çox bəyanat verilib və bir sıra görüşlər keçirib. Onların hamısı əslində uzun müddətdir bəhs etdiyimiz mövzunu – ABŞ siyasətinin prioritetlərini təsdiqləyib. ABŞ-ın regionda öz maraqları var. Təəssüf ki, Ermənistan burada prioritet rol oynamır. Gürcüstan və Azərbaycan imperativ hesab edilir. Bolton deyir ki, ABŞ-ı Gürcüstan və Azərbaycanla strateji maraq, Ermənistanla ilə prioritet əlaqələndirir. Qeyd etməliyəm ki, bütün dövlətlər ABŞ tərəfindən priotitet kimi nəzərdən keçirilir, çünki ABŞ bütün xarakterik komponentləri və atributları ilə birgə böyük dövlətdir. Məncə, düşünmək üçün mövzumuz var.

– Boltonun silah satışı ilə bağlı təklifi haqqında çox söz deyildi. Ermənistanın reaksiyası necə olmalıdır? Bu, silah tədarükünü diverfikasiya etməyə imkan verə və Rusiyanın qısqanclığına səbəb ola bilərmi?

– Trampın (Donald Trump) Konqreslə münasibətlərini və erməni lobbisinin Konqresə təsirini nəzərə alsaq, ABŞ administrasiyasının Konqresə daxil olub 907-ci düzəlişi dəyişdirməsi çətin olacaq. Əslində, Azərbaycana silah satmaq üçün başqa variantlar da tapmaq olar, ancaq ABŞ balans üzərində qurulur, Konqresin böyük təsiri var, erməni lobbisinin isə Konqresə təsiri var. Ona görə 907-ci düzəlişi dəyişdirmək asan olmayacaq. Dəyişiklik olmasa, ABŞ nə Azərbaycana, nə də Ermənistana silah sata bilməyəcək. Qeyd etməliyəm ki, Amerika silahının əsas alıcısı Ermənistan deyil, məhz Azərbaycan ola bilər. Çünki söhbət bahalı silahdan gedir. Ermənistanın maliyyə imkanları isə Azərbaycanın imkanlarına uduzur.

Baxarıq. Düşünürəm, Azərbaycana silah satışı proseduru çox çətin olacaq. Bundan başqa, onlar bir neçə ay öncə ABŞ-dan helikopterlər əldə ediblər, bütün dünyanı isə onların mülki təyinatlı avtomobil olduğuna inandırıblar, hərçənd onları tez bir zamanda hərbiləşdirmək mümkündür. Erməni lobbisi bu məsələni də düşünməlidir.

– Belə bir fikir var ki, silah satışı ilə bağlı təklif aydın səmada ildırım effekti yaradıb. Çünki ABŞ həmişə münaqişə tərəflərinə silah satmaqdan imtina edib.

– Mən bunun Azərbaycanın lobbiçilik fəaliyyətinin nəticəsi olduğunu hesab edirəm. Çünki Bakı uzun illər ABŞ-ı silah satmağa inandırmağa çalışıb. Bunun üçün 907-ci düzəlişi dəyişmək lazım gəlib. Azərbaycan Tramp administrasiyanı buna inandıra bilib. Amerika rəsmisinin 907-ci düzəlişin ləğvindən bəhs etməsi bizim fiaskomuzdur.

– Bəs Boltonun Gürcüstan və Azərbaycan səfərlərini necə qiymətləndirirsiniz? O, bu ölkələrdə də mühüm bəyanatlarla çıxış edib. Azərbaycana xüsusi diqqət yetirilibmi?

– Məncə, Azərbaycan Con Bolton üçün yaxşı liman olub. Belə ki, Azərbaycan Əfqanıstanda ABŞ-a böyük dəstək göstərir. Vaşinqton da bunu yüksək qiymətləndirir. Bu baxımdan ciddi məqsədlərimiz var. Çünki hazırda böyük dövlət ABŞ ilə qurulan münasibətlər Birləşmiş Ştatlarda nüfuzlu icmaya malik Ermənistana yaraşmır. Əlbəttə, Gürcüstan və Azərbaycan səfərləri daha vacib olub. Orada o, müdafiə naziri və xarici işlər nazirləri ilə ayrı-ayrı görüş keçirib, Ermənistanda isə müdafiə naziri, xarici işlər naziri və Milli Təhlükəsizlik Şurasının sədri ilə eyni zamanda görüşüb. Bu da göstəricidir. ABŞ administrasiyası praqmatik şəkildə sırf dövlət maraqlarını irəlilədir. Və Bolton açıq-aydın göstərib ki, prioritet Gürcüstanla Azərbaycandır. Ermənistan sonraya qalıb.

– Prioritet olmaq üçün Ermənistan nə etməlidir?

– Ermənistan ABŞ ilə münasibətdə aktiv siyasət yürütməli və təşəbbüs göstərməlidir. Əks təqdirdə hər şeydən olacağıq. (Xpressa.net)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR