Tanınmış həkimdən TƏBİB-ə və Səhiyyə Nazirliyinə etiraz: - “Sizin ucbatınızdan...”

24-11-2020, 15:12 54 dəfə baxılıb

“Ölkəyə koronavirusa yoluxanların sayının artmasına görə bu məsələyə rəhbərlik edən müvafiq səhiyyə orqanları bilavasitə məsuliyyət daşıyır”

Cebhe.info xəbər verir ki, bu sözləri tanınmış nervpotoloq Qalib Əsədov deyib. Azərbaycanda koronovirusa yoluxmaların sayının çoxaldığını qeyd edən həkim pandemiya ilə mübarizə aparan qurumların fəaliyyətsizlikdə ittiham edib: “Deyirlər insanlar maska taxmır, məsafə gözləmir və s... Bununla razı. Bəs pandemiya ilə mübarizə aparmalı orqanların fəaliyyəti necədir? Bəlkə elə məhz onların günahı üzündən xalqımız bir ildir əziyyət çəkir? Keçən həftə qonşumuzda birinin hərarəti gecə 39 dərəcəyə qalxdı. Təbii ki, ilk növbədə koronadan şübhələndik və dərhal da qeydiyyatda olduğu 7 saylı poliklinikaya müraciət etdik. Nəhayət, dəfələrlə zəng edəndən, iradlarımızı bildirəndən sonra xəstəliyin başlanmasının dördüncü günü analiz götürməyə gəldilər. Dedilər, 3-4 günə cavab gələcək. Bəs indi neyləyək? Evdə 5 nəfət ailə üzvü var, biri də 70 yaşlı şəkər xəstəsidir. Bilmirik mövsümi qripdir, koronadır, ya nəsə başqa bir şeydir? Hər ehtimala qarşı qərara gəldik ki, protokola uyğun müvafiq müalicəyə (diaqnozu bilmədən) başlayaq. Xəstənin özəl klinikada müayinə olunmağa imkanı yoxdur. 80-100 manat test, bir o qədər də KT. Hələ mən digər analizləri demirəm”.

Həkim qeyd edib ki, bu gün apteklər dazı otu və mənasız şirkətlərin hazırladdığı dərmanlarla doludur:

“Pandemiya dövründə klinik protokol dərmanlarının heç birini adi apteklərdən tapa bilmədik. Heç kəsin bəyənmədiyi “Arbidol” belə qəhətə çıxıb. Keyfiyyətli dərmanları şəhərdə bir neçə aptekdə tapa bildik. Bütün apteklər jeneriklərlə doludur. Ümumiyyətlə, hər dəfə deyirəm, bu gün də eynilə, Azərbaycanda keyfiyyətli dərman tapmaq çox çətindir. Hamının da alman aptekindən dərman almağa imkanı yoxdur. Bir həftədən çoxdur bu ailə COVİD-19-a yoluxub-yoluxmadığını bilmir. Xəstənin hərarəti bir qədər düşsə də, amma hələ vəziyyətdən çıxmayıb. Bu müddətdə təkcə bu ailənin üzvləri (əgər korona varsa) Allah bilir nə qədər insanı yoluxdurub. Amma bu, onların günahı deyil axı....”

Həkim səhiyyə qurumlarına da səslənib: “Sözüm müvafiq səhiyyə orqanlarınadır. Bilmirəm bununla TƏBİB məşğul olur, yoxsa Səhiyyə Nazirliyi... Bu sahədə aləm qarışıb bir- birinə. Sözüm COVİD-19 la mübarizə aparan səhiyyəmizin məsul şəxslərinədir. Sizin ucbatınızdan millətimiz Qələbə sevincini belə tam könül xoşluğu ilə yaşaya blmədi. Məhz sizin səhlənkarlığınıza görə xalqımız bir ildir nə toy edə bilir, nə yayda ürəkli istirahər edə bildi, nə indi rahat nəfəs alır. Maska taxmayanı cərimə etmək lazımdır, razıyam, bəs tutduğu vəzifənin məsuliyyətini dərk etməyəni? Yüksək hərarətli xəstəni bir həftə diqqətsiz qoyan səhiyyə qurumlarına hansı cəza düşür? Bəlkə günahı xalqda, camaatda yox, özünüzdə, səriştəsizliyinizdə axtarasınız? Siz bilirsiniz, ölkənin iqtisadiyyatına, insanlara, kiçik və orta sahibkarlığa nə qədər zərər vurmusuz? Sizin işi düzgün təşkil etməməyinizə görə hər gün ölkədə 20-30 nəfər bu xəstəlikdən dünyasını dəyişir, hər gün yoluxanların sayı minlərlədir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR