Məktəblərdə əyani tədris yenidən dayandırılır? - Rəsmi cavab

17-02-2021, 17:37 57 dəfə baxılıb

Məktəblərdə əyani tədris yenidən dayandırılır? - Rəsmi cavabTəhsil Nazirliyi məktəblərdə əyani tədrisin iki həftədən sonra dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bu məlumatların yalan olduğunu söyləyib.

Onun sözlərinə görə, hazırda məktəblərdə əyani tədris davam etdirilir. Əyani tədrisin dayandırılacağı ilə bağlı hər hansı rəsmi qərar verilməyib:

"Bu qərar ölkənin sanitar-epidemiologi vəziyyəti nəzərə alınmaqla verilir. Məktəblərdə tədrisin başlanılacağı və ya dayandırılacağı barədə qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti verir!

Qeyd edək ki, oktyabrın ortalarında pandemiya ilə əlaqədar ölkədə əyani tədris dayandırılmışdı.

Fevralın 1-dən ölkə üzrə təhsil müəssisələrində ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR