"Kömür mafiyasına" başçılıq edən polis rəisinin müavini kimdir?!

8-04-2023, 11:38 153 dəfə baxılıb

"Kömür mafiyasına" başçılıq edən polis rəisinin müavini kimdir?!





Azerinfo. media Xəbər İnformasiya Agentliyi bildirir ki, Azerinfotv.com xəbər saytına etibarlı mənbədən daxil olan məlumata görə,
Masallı rayon Yolağacı kənd sakini Ağammədov Məmməd Sahib oğlu artıq bir neçə ildir ki, kəndlərində kustar üsulla hazırlanan kömürləri respublikanın müxtəlif bölgələrinə daşıyır, yəni kəndlərində ki kömür mafiyasına ancaq o, başçılıq edir.

Masallı DYP-nin rəis müavini kapitan Ağammədov Ramal Məmməd oğlu atasının qanunsuz kömür biznesinə münbit şərait yaradır. Beləki, bu dırnaq arası kapitan atasının kömür dolu maşınların yoldakı postlardan rahatca keçitdirir.
Ramal hazırda tutduğu vəzifəyə qədər Cəlilabad və bir neçə rayonda Dölət Yol Polisi vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Məmməd Ağammədov özünə məxsus maşınlarla bölgələrə kömür daşıyır:

99 BT 803 dövlət qeydiyyatlı nömrə nişanlı "Ford" markalı maşın,

99 BR 927 dövlət qeydiyyat nömrə nişanlı "Ford" markalı maşını isə əmisi oğlu Sövziyev Əlvan Mehman oğlu idarə edir və s.

Ramal Ağammədovun qohum-əqrəbəları, onun sayəsində sürücülük vəsiqəsi olmadan Masallı ərazisində avtomobil idarə edirlər. Məsələn, onlardan biri əmisi Sövziyev Nüsrət Sahib oğlu.

Növbəti yazılarımızda Məmməd Ağammədovun oğlanları- Ramal və Tural Ağammədov qardaşları haqda geniş məlumat verəcəyik.

Qeyd: Hər gün Məmməd Ağammədov Yolağacından paytaxt və digər bölgələrə 10 000 kisədən çox kömür
daşıyır.
Əgər maqıstral yollarda kı kameralar baxış keçirilsə, o zaman bu yazdığlarımız öz təsdiqini tapacaq.
Ümid edirik ki, Daxili Işlər Nazirliyi və Baş Prokurorluq bu işi nəzarətə götürüb bir tədbir görəcək.

Qarşı tərəfi dinləməyə hazırıq


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR