Xankəndi yaxınlığında erməni oliqarx övladlarının “elit” hərbi hissəsi aşkarlandı...- FOTO

6-02-2020, 11:00 327 dəfə baxılıb

Xankəndi yaxınlığında erməni oliqarx övladlarının “elit” hərbi hissəsi aşkarlandı...- FOTO


Xəbər verildiyi kimi, erməni mediasında yanvarın 30-da əsgər Vaqram Avakyanın öldürüldüyü Azərbaycanın işğal altındakı torpaqlarında yerləşən işğalçı hərbi hissələrdən birində “imtiyazlı hərbçilər”in, yəni yüksək vəzifəli şəxslərin, oliqarx övladlarınım xidmət etməsi haqda məlumatlar yayılıb.

Moderator.az-ın erməni mənbələrindən əldə etdiyi yeni xəbərdə həmin “elit” hissə barədə konkret faktlar verilib.

Jurnalistlərin araşdırmasına görə, bəhs edilən işğalçı hərbi hissə Xankəndi yaxınlığında yerləşir. Orada guya əsgəri xidmət göstərən yüksək vəzifəli və oliqarx balaları əslində eyş-işrət və kasıb balalarını talamaqla məşğuldur. Onlar heç bir təlimdə və növbətçilikdə, postda durmaqda və s. iştirak etmirlər. Hərbi hissədə fəaliyyət göstərən klan “seçilmişlərin” siyahısına düşməyən yoxsul övladlarına zülm edirlər.

Fotoların birindəki qara eynəkli hərbçinin “elit hərbi hissənin ən təhlükəli əsgəri” olduğu qeyd edilir. Araik Sarkisyan ad-soyadlı bu hərbçinin kimin övladı olduğu bildirilmir. Ancaq onun “elit klan” üçün hər bir əsgərdən mütəmadi pul yığmaqla məşğul olduğu deyilir. Yoxsul erməni övladları isə problemlərdən qorunmaq üçün “hesab” verməyə məcbur olurlar. “Klan” yeni xidmətə gələn əsgərlərin formalarını əllərindən alıb digərlərinə satmaqla da pul qazanır. Zabitlər də A.Sarkisyandan qorxur və heç bir tədbir görə bilmirlər. Yanvarın 30-da öldürülmüş əsgərin qətlində də məhz A.Sarkisyanın əli olduğu bildirilir.

3-cü fotoda sağdakı erməni dığasının Qarabağdakı separatçı rejimin “müdafiə naziri” Karen Abramyanın oğlu olduğu iddia edilir. Onun hər 5-ci gün hərbi hissədən çıxdığı və yalnız 1-ci gün geri döndüyü deyilir. Digər fotolarda rejim təhlükəsizlik xidmətinin kəşfiyyat idarəsinin rəisi İsaiya Mkrtıçyanın oğlu, V.Avakyanın qətlində şübhəi bilinərək həbs edilmiş Ermənistanın eks-deputatı Arakel Movsesyanın oğlu David Movsesyan və digərləri də nümayiş etdirilir...
Ermənistan baş naziri N.Paşinyanın və digər yüksək vəzifəlilərin bu hissədə xidmət keçib-keçməməsi haqda məlumat verilmir.
Araşdırmada bildirilir ki, məhz məmurların və imkanlı şəxslərin övladlarına hərbi hissədə xüsusi imtiyazlar verilməsi bir çox hallarda əsgərlər arasında insidentlərə, döyülmələrə, güllələnmələrə, qətllərə səbəb olur.

P.S. Ermənistanda və Qarabağdakı hərbi birləşmələrdə nə qədər çox inzamsızlıq, özbaşınalıq olsa, bizim üçün sərfəlidir. Və ən əsası odur ki, Azərbaycan Silahlı Qüvvələrində belə hallar baş verməsin...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR