İlham Əliyevi öldürmək istəyən idmançı Rusiyaya ekstradisiya oluna bilər

15-10-2015, 13:54 796 dəfə baxılıb

İlham Əliyevi öldürmək istəyən idmançı Rusiyaya ekstradisiya oluna bilər










Rusiya Baş Prokurorluğu Xantı-Mantiysk Muxtar Dairəsinin Pıt-Yax şəhərində terror aktı planlaşdıran “İslam Dövləti” (İŞİD) qruplaşmasının üzvləri Rizvan Ağaşirinov və Əbdül Maqomedəliyevə qarşı ittihamlar irəli sürüb

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onlara qarşı 6 maddə, o cümlədən “terror aktı törətməyə cəhd”, “odlu silah gəzdirmə” və s. ittiham irəli sürülüb.
Rusiya istintaqının versiyasına görə, Ağaşirinov və Maqomedaliyevlə yanaşı, Valeh Əmirəliyev, Şamil Kadaşov və İlya Plotnikov Türkiyə ərazisində hazırladıqları diversiya planına görə Pıt-Yax şəhərində məscidi partlatmağı və Rusiyada dini zəmində gərginlik yaratmağı düşünürdülər.
Qrupun üzvü Valeh Əmirəliyev Azərbaycan vətəndaşıdır. O bu ilin sentyabr ayında Ukraynada həbs olunub və Rusiyaya ekstradisiya oluna bilər.
1986-cı ildə Qusar rayonunda anadan olan Valeh Əmirəliyev daha çox qaydasız döyüş növləri üzrə keçirilən turnirlərin iştirakçısı olub. O 2012-ci ildə Azərbaycanda “Eurovizia” mahnı müsabiqəsi zamanı terror aktı və prezident İlham Əliyevə sui-qsəd hazırlayan qruplaşmanın üzvü olub. Hazırda onun Rusiyaya, yoxsa Azərbaycana ekstradisiya olunması ilə bağlı müzakirələr gedir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR