"Belə getsə, Azərbaycan, Gürcüstan və Ukrayna NATO-ya daxil ola bilər" - Türkiyəli ekspert

4-11-2020, 20:25 256 dəfə baxılıb

"Azərbaycan torpaqlarında Ermənistan işğalı davam etsə, Azərbaycan, Gürcüstan və Ukrayna NATO-ya daxil ola bilər".

"MediaPost" xəbər verir ki, bu barədə təhlükəsizlik siyasəti üzrə türkiyəli mütəxəssis Mete Yarar bildirib.

O, Rusiyanın "Ermənistan torpaqlarına hücum olsa, müdaxilə edəcəyik" dediyini xatırladıb:

"İşğal altında olan Dağlıq Qarabağ Ermənistan torpağı deyil. Rusiya isə məsələyə "torpaqlarına hücum olsa, sənin yanındayam. Hazırda ordun (Paşinyana xitabən) çökmüş vəziyyətdədir, bu səbəblə sənə lazımi dəstəyi verərəm. Amma sərhədlərindən kənarda olduğun zaman mən qarışmıram" kimi yanaşır. Rusiya Ukraynada da, rəsmi olmasa da, Gürcüstanda da hərbi əməliyyatlar aparır".

Rusiyanın öz sərhədlərində müharibə istəmədiyini qeyd edən Yarar Azərbaycanın 10 ildir davam edən hazırlıq planının hərbi əməliyyatlarda nəticə verdiyini vurğulayıb.

Yarar Rusiyanın bölgədə əlavə bir problem istəmədiyini söyləyib: "Bu problem böyüsə, Azərbaycan, Gürcüstan və Azərbaycanın NATO-ya daxil olma ehtimalı yüksələcək. Bu isə Rusiyanın ən böyük kabusu və fəlakəti olacaq".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR