Şok iddia: “ABŞ Mehdi Sahib-əz Zamanı tutmaq istəyir”

25-06-2015, 14:41 922 dəfə baxılıb

Şok iddia: “ABŞ Mehdi Sahib-əz Zamanı tutmaq istəyir”

















İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ABŞ-ın əsl məqsədini açıqlayıb

Publika.az xəbər verir ki, Ramazan ayı münasibətilə ölkənin müxtəlif bölgələrindən Tehrana gələn din adamları və tələbələrlə görüşən Əhmədinejad ABŞ-ın əsl məqsədinin Həzrəti Mehdini ələ keçirmək olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ dünya imperatorluğuna son qoyacaq əsas təhlükənin Həzrəti Mehdi olduğunu bildiyi üçün onunla bağlı genişmiqyaslı araşdırma aparır. “Həzrəti Mehdi ilə əlaqədə ola biləcək hər kəslə əlaqə yaradırlar, onların verdiyi məlumatlardan faydalanırlar. Dini universitetlərimizdə Həzrəti Mehdi ilə bağlı aparılan araşdırmalardan daha çoxu ABŞ-ın universitetlərində aparılır”, – keçmiş prezident söyləyib.
Əhmədinejada görə, “Şeytanın dövləti” (İranda ABŞ-ı bu şəkildə adlandırırlar) Həzrəti Mehdinin gələcəyi halda sonunun catacağının fərqindədir. Bəzi dini inanclara görə, Həzrəti Mehdi yer üzünə geri dönərək islamın dünyadakı hakimiyyətini təmin edəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR